Sionist İsrail rejiminin xəstəxanaları Suriyadakı münaqişələrdə yaralanan terrorçuların maya dəyəri çox olan müalicələri səbəbilə ciddi problemlərlə qarşılaşdığı qeyd olunub.
Haaretz qəzeti mövzu ilə əlaqədar hazırladığı xəbərində, İsrail rejimi xəstəxanalarının gündəlik olaraq Suriyada yaralanan terrorçuları qəbul etdiyini və buna görə də ağır maliyyə problemilə qarşılaşdığını yazıb.
Qəzet sionist rejiminin xəstəxanalarının Suriyadan xəstəxanaya gətirilən yaralılara görə, sanki müharibə xəstəxanalarına çevrildiyini qeyd edib. Xəbərdə 4.6 il ərzində 1600-dən artıq yaralı terrorçunun işğal altındakı ərazilərdəki İsrail xəstəxanalarına gətirildiyini və müalicə edildiklərini yazıb. Bir xəstəxananın rəsmisi sionist İsrail rejiminin xəstəxanalara yaralı terrorçuların müalicələrinə görə, 220 milyon dollar borcunun olduğunu bildirib.