Tarix : 2017 May 09
Kod 51645

İslam Həmrəylik Oyunlarının qaliblərinin mükafatı

IV İslam Həmrəyliyi Oyunlarının qaliblərinə veriləcək mükafatlar təsdiq olundu.

AranNews – İdman və Gənclər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, IV İslam Həmrəyliyi Oyunlarına həsr edilmiş iclasda oyunun qalilərinə veriləcək mükafatlar təsdiq olunub.

İdman və gənclər naziri Məsud Sultanifər, Milli Olimpiya Komitəsinin sədri Kiyumərs Haşimi, idman nazirinin müavinləri və milli olimpiya komitəsinin baş katibi iştirak etdiyi iclasda təsdiq olunub ki, yarışlarda iştirak edən fərdi idman növünün qızıl, gümüş və bürünc qalibləri tərtiblə 20, 12 və 8 sikkə qızıl, komanda idman növləri üzrə yarışa qatılan qaliblərə isə yuxarıda qeyd edilənlərin yarısı qədər mükafat veriləcək.
Habelə, qərara alınıb ki, İdman və Gənclər Nazirliyinin mükafatlarından əlavə, Milli Olimpiya Komitəsi yarışın baş tutduğu yerdə qaliblərə öz mükafatını təqdim etsin.
IV İslam Həmrəyliyi Oyunları Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 12-22 mayda baş tutacaq.


  • Yazılıb
  • da (də) 2017 May 09
  • Göndərən مدير سايت Aran News