Tehranda keçirilən 30-cu beynəlxalq kitab sərgisində İslami Mədəniyyət və Münasibətlər İdarəsinin islami maarifin və humanitar elmlərin tərcüməsi və nəşri mərkəzi ilə Azərbaycan Respublikasının “Qələm” Nəşriyyatı arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Arannews.com-Mədəniyyət attaşesi bu görüşdən sevindiyini bildirib, İran və Azərbaycan ölkələri arasında çoxlu mədəni və tarixi ortaqlıqlara toxunub, hər iki ölkənin mədəniyyət xadimlərinin, elm adamlarının və elitasının ölkələrimiz arasında mədəni və elmi münasibətləri daha da dərinləşdirmək istiqamətində bu potensiallardan istifadə etməkdə öhdələrinə ağır vəzifələr düşdüyünü deyib. Mədəniyyət attaşesi həmçinin bu ortaqlıqları iki ölkə arasında əsas körpü adlandırıb.Arannews.com-İslam və İran mənbələrinin qorunması, digər dillərə tərcümə edilməsi və nəşri, istiqamətində Tərcümə və Nəşr Mərkəzi beynəlxalq səviyyədə aktiv nəşriyyatçılarla əməkdaşlıq momerandumları və müqavilələri imzalayıb.Bu məqsədlə Tehranda keçirilən 30-cu beynəlxalq kitab sərgisi çərçivəsində Tərcümə və Nəşr Mərkəzinin məsullarının Azərbaycan Respublikasının “Qələm” nəşriyyatının direktoru Hafiz Çingizoğlu ilə görüşdə incə əsərlərin tərcümə və nəşri ilə bağlı anlaşma memorandumu imzalanıb.
Qeyd edək ki, beynəlxalq kitab sərgisi mayın 2-də Tehranın Aftab şəhərində öz fəaliyyətinə başlayıb və mayın 13-dək davam edəcək.
İslami Mədəniyyət və Münasibətlər İdarəsinin pavilyonu sərginin “Kitab Dünya Bazarı” salonunda yerləşir.