Tarix : 2017 May 11
Kod 51655

Bir ailənin 4 üzvünü şərləyib həbs etdilər

Nardaranda yaşayan bir ailə bütünlükdə repressiyaya məruz qalıb. Ailənin bütün başı papaqlıları həbs edilib.
Arannews nur-az-a istinadən :Bu barədə Nardaran sakinləri sosial şəbəkələrdə məlumat yayıblar. Məlumatda deyilir ki, Nardaranqəsəbə sakini, həbsdə olan siyasi məhbus Atabala Şahbazovun 3- cü oğulu Natiq Şahbazov da dünən həbs olunub. Bundan öncə isə Atabalanın özü ilə bərabər daha 2 övladı -Əli və Faili həbs olunmuşdu. Hazırda bir ailənin 4 üzvü- ata və oğulları həbsdədir.

Bu insanlar 26 noyabr 2015- cı ildə Nardaranda baş vermiş məlum hadisələrə görə həbs olunublar və həbsdə olan Şahbazovların 4- nə də qanunsuz silah saxlama ittihamı irəli sürülüb. Polis onların evində bir neçə dəfə silah- sursat anbarı "aşkar edib". Maraqlıdır ki, Azərbaycan polisi bir ailənin məskunlaşdığı bu evdən iki ildir ki silah-sursat anbarları "aşkar edir", amma bu silah-sursat bitib tükənmk bilmir.

Şahbazovlar "Nardaran işi" ilə bağlı şərlənib həbs olunublar. Ailənin başçısı Atabala Şahbazov 2 il 9 ay azadlıqdan məhrum edilib, Əli Şahbazov və Faili Şahbazovun hazırda məhkəmə prosesi davam edir. Hər 3 şəxs siyasi məhbusdur. Dünən həbs olunan Natiq Şahbazova qarşı da qanunsuz silah saxlamaq ittihamı irəli sürülüb.

İslam həmrəyliyi oyunları keçirən bir ölkənin dindar vətəndaşlarını şərləyib həbsə atmaq, oruc tutub namaz qılan ibadət əhlini ailəlikcə, nəsillikcə şərləyib həbs etmək islam qanunlarına ziddir.




  • Yazılıb
  • da (də) 2017 May 11
  • Göndərən مدير سايت Aran News