Tarix : 2017 May 11
Kod 51657

Xalqın ahı

Dükanda satıcı qadının üzündə hədsiz üzüntü və yorğunluq görürəm. Acıyıram halına, soruşuram:
Ey şəmsi zülmətin yanan çırağı
Cahanın Höccətullahı, möhkəm dayağı
Məhv olar hərisi xudpəsənd zalım mərağı
Nurunla kölgələr itər, Allah kərimdir
Zühurunu gözlərik, gələr, Allah kərimdir
Möhnəti ilə intizar bitər, Allah Kərimdir

Qalxıbdır ərşə nalələr zillət əlindən
Xar olub mömünün xiffət əlindən
Nə olar gəl, qurtar, bizi xiffət əlindən
Cəmali İslam dirçələr, Allah Kərimdir
Zühurun gözlərik, gələr, Allah Kərimdir
Möhnəti ilə intizar bitər, Allah Kərimdir

Əmirəlmöminin kimi şücaətinlə
Aləmlər bərqərar olsun ədalətinlə
Xudanın izni ilə bəlağətinlə
Xilqət haqq yolda birləşər, Allah Kərimdir
Zühurun gözlərik, gələr, Allah Kərimdir
Möhnəti ilə intizar bitər, Allah Kərimdir

Xudayi möhtərəm, mənim çoxdur günahım
Nəbi, Əmirəlmöminin, Hüseyndir şahim
Rəhimi Rəhmansan, Əhli-Beyt pənahım
Əhli-Beytə xatir rəhm edər, Allah Kərimdir.

Qəmgüzar/deyerler
-Bacım, gündə neçə saat işləyirsiniz?

-Səhər 8-dən axşam 10-a qədər. İki saat da yolumuzdur.

-Bəs məvacibiniz nə qədərdir?

-250 manat. Gənclər tab gətirməyib gedir, mənim yaşım 50-dir, hara gedəsiyəm, dözürəm.

-Allahın sizə rəhmi gəlsin, xalqın dözməkdən başqa heç bir çarəsi qalmayıb.

Piştaxtadan aralanarkən düşünürəm: “8 saatlıq iş günü tələbi XX əsrin birinci yarısında bütün mütərəqqi dünyada təmin olundu. Çar Rusiyasında iş günü 11 saat idi. Oktyabr inqilabından sonra, müharibə illərini saymasaq, iş günü sıravi işçilər üçün 8 saatdan artıq olmurdu. Çağdaş Azərbaycanda məzlum işçiləri 14 saat işlədən sahibkar və məmur xalqın ahından qorxmurmu? Ola bilsin ki, tamah gözünü və kütlük beynini tutub, heç nə görmür, lakin xalqın ahı deyilən məfhum var, bu ahın zalımları labüd tutacağı danılmaz və qaçılmaz bir aqibətdir. Dünyanın ən güclü insanları və ən qüdrətli quruluşları belə xalqın ahı deyilən məfhumun qarşısında dağılıb qeybə çəkiliblər. Bu bədbəxt və məzlum azərbaycanlı zəhmətkeşlərin nə dövlətdən, nə də varlıların əlaltısı olan Həmkarlar Konfederasiyasından heç bir umacaqları və köməyi yoxdur. Onlar öz ən bəsit hüquqları uğrunda mübarizə aparmaq cəsarətinin sahibləri deyillər. Dövlət öz cəbr aləti ilə xalqı kütləyə, vətəndaşı məzlum və cahil rəiyyətə çevirə bilib. Kasıb camaat dözür və dözəcək, lakin zülmün kəmiyyətinin inqilabi keyfiyyətə keçməsi barədə təlim tarixboyu öz həqiqiliyini yüz dəfə sübut edib. Özünü hakim zümrə sayan cahil məxluqlar hansı əsasla bu qanunauyğunluğun Azərbaycanda işləməyəcəyinə inanırlar?

* Rəsmi KİV ölkəmizin analoqu olmayan növbəti “İslamiada” uğurunu tərənnüm edir. Bu rəsmi KİV xalqımıza və insanımıza o qədər uzaq və yaddır ki, bəlkə də Pataqoniya KİV-i ondan bir köynək bizə yaxındır desək, yanılmarıq. Sıravi vətəndaşı güzəranı, hüquqları, övladının gələcəyi, vətənin aqibəti düşündürür, bizim KİV isə hansısa əcnəbinin Bakının zahiri fəziləti barəsində səthi təəssüratlarını ağızdolusu və süni vəchlə yayımlayır. Guya xalqımızın əsl səadəti yalnız bu əcnəbinin xoş sözlərindən asılıdır.

* Milli Elmlər Akademiyasına müxbir və həqiqi üzvlərin seçkisi keçdi. Prezident Aparatının lütf göstərib AMEA-nın Rəyasət Heyətinə göndərdiyi siyahı yüzdə yüz “seçildi”. Özümə sual verirəm: bu mərasimin elmlə əlaqəsi var idimi? Ümumiyyətlə, AMEA-nın elmlə əlaqəsi varmı? Azərbaycan dövlətinə elm lazımdırmı? Əgər bütün dünyada elm gerçəkliyi öyrənib obyektiv həqiqəti insanlara və cəmiyyətə çatdırmaq vəzifəsini icra edirsə, məqsədi gerçəkliyi təhrif edib insanları və cəmiyyəti aldatmaq olan Azərbaycan dövlətinə elm deyilən bir təzahür lazımdırmı?

Əgər mən iqtisad elmləri doktorundan soruşuramsa ki, “Siz ölkəmizdə “Şadlıq sarayı” adlanan müəssisələrin iqtisadiyyatını tədqiq edirsinizmi?”, və o mənə qorxa-qorxa cavab verirsə ki: “Dilimizi boğazımızdan çıxararlar,” elmdən nə gözləyirsiniz?

Hətta tutaq ki, möcüzə baş verdi və hansısa alim ortaya tədqiqat əsəri qoyub sübut etdi ki, bu “Şadlıq saray”ları vasitəsilə hakim zümrəyə aid edilən vətəndaşlar iyirmi ildə dövlətdən milyardlarla dollar oğurlayıblar, bunun hansısa nəticəsi olacaqmı? Kim bu nəhəng korrupsiya maşınının fəsadlarını istintaq edəcək? Özünün bir neçə “Şadlıq sarayı” olan generallarımız?

İqtisadi tədqiqatlar İctimai Birliyi cəmiyyətə və dövlətə Azərbaycan gömrüyünün 2000 -2010-cu illərdə dövlətdən 11 milyard dollarlıq malı gizlətdiyini sübut edən araşdırma qoydu. Nəticəsi oldumu? Ali dövlət rəhbərləri cınqırlarını belə çıxarmadılar. Dəli deyillər ki, öz cinayətlərinin üstünü açsınlar.

*Böyük qələbə əldə etmişik. Kəşfiyyatımız erməni tərəfinə işləyən casus şəbəkəsinin üstünü açıb. Sən demə, bu şəbəkəyə həm hərbçilər, həm də mülki vətəndaşlar daxil imiş.

Bu xəbəri oxuyub ürəkdən gülürəm. Gülürəm və həm də ağlamaq istəyirəm. Özüm özümdən soruşuram: “Yaxşı, sabiq MTN-in demək olar ki, generallarının 90 faizi dövlətin nazirliklərini, yüksək məqamlı məmurlarını, varlı işbazları və ərbabları soymaqla məşğuı idi. İndi şıdırğı gedən məhkəmə istintaqlarından KİV-ə sızan məhdud məlumata əsasən demək olar ki, onların əsl işi xalqımızı soymaq olub. Əgər onların iki əli xalqın cibinə girməklə məşğul olubsa, əgər onların başı xalqı qarət etməyə qarışıbsa, onların neçə əli və neçə başı olmalı idi ki, həm də düşmən casuslarını axtarsınlar?

MTN-in Terrorizmə Qarşı Mübarizə İdarəsinin rəisi general Elçin Quliyev məhkəmənin qapalı keçməsini istəyir və bu istəyini belə əsaslandırır ki, “mənim hər bir sözüm dövlət sirrini təşkil edir”. Mən bunu oxuyub Allahın insana bəxş etdiyi məntiqi düşüncə qabiliyyətindən imtinamı etməliyəm? İşi-peşəsi vətəndaşları şərləyib tutmaq, terrorizmə qarşı mübarizə görüntüsü yaratmaq olan, əslində isə oğru nazirləri, rüşvətxor məmurları, əliəyri işbazları və fırıldaq ərbabları qarət etmək olan general hansı dövlət sirrini bilir ki, onu da açıq məhkəmə iclasında faş etməkdən çəkinir?

Mən bircə onu dəqiq bilirəm ki, yaxşı tanıdığım savadlı və vətənpərvər ilahiyyatçı alim Elşən Mustafaoğlunu şərləyib tutublar və guya ki, xarici casuslarla mübarizə apardıqlarını göstəriblər. Dəqiq bilirəm ki, hakim ailəyə yaxın kommersiya şirkətində işləyən bir kompüter mütəxəssisindən şirkətin gizli sənədlərinə girmək üçün sirli kodu istəyiblər, buna razı olmayanda onu “islam terrorçusu” kimi tutub məhbəsə atıblar. Qarət mexanizmi olan “MTN” ləğv olunub, lakin bu “peşəkar” çekistlərinin qurbanı olan adamlar hələ də zindanlarda çürüyürlər.

Çünki bu dövlətdə hər bir ali məqam sahibi sadə insanları və xalqı deyil, yalnız öz məqamını və cibini düşünür.





  • Yazılıb
  • da (də) 2017 May 11
  • Göndərən مدير سايت Aran News