Tarix : 2017 May 11
Kod 51659

İslam İncəsənəti Beynəlxalq Festivalının sərgi bölməsinin açılışı oldu

Mədəniyyət və islami irşad naziri, Təbriz bələdiyyəsinin sədri və əyalətin bir sıra müdirlərinin iştirakı ilə İslam incəsənətində və əl sənayesində Təbrizin yaradıcılıq və yenilik gətirməsi beynəlxalq festivalının sərgi bölməsinin açılışı oldu.
Ey şəmsi zülmətin yanan çırağı
Cahanın Höccətullahı, möhkəm dayağı
Məhv olar hərisi xudpəsənd zalım mərağı
Nurunla kölgələr itər, Allah kərimdir
Zühurunu gözlərik, gələr, Allah kərimdir
Möhnəti ilə intizar bitər, Allah Kərimdir

Qalxıbdır ərşə nalələr zillət əlindən
Xar olub mömünün xiffət əlindən
Nə olar gəl, qurtar, bizi xiffət əlindən
Cəmali İslam dirçələr, Allah Kərimdir
Zühurun gözlərik, gələr, Allah Kərimdir
Möhnəti ilə intizar bitər, Allah Kərimdir

Əmirəlmöminin kimi şücaətinlə
Aləmlər bərqərar olsun ədalətinlə
Xudanın izni ilə bəlağətinlə
Xilqət haqq yolda birləşər, Allah Kərimdir
Zühurun gözlərik, gələr, Allah Kərimdir
Möhnəti ilə intizar bitər, Allah Kərimdir

Xudayi möhtərəm, mənim çoxdur günahım
Nəbi, Əmirəlmöminin, Hüseyndir şahim
Rəhimi Rəhmansan, Əhli-Beyt pənahım
Əhli-Beytə xatir rəhm edər, Allah Kərimdir.

Qəmgüzar/deyerler
AranNews – Bu gün Təbrizin İslam incəsənətində yaradıcılığı və yenilik gətirməsi üçüncü beynəlxalq festivalının sərgi bölməsinin açılış mərasimi oldu və bununla eyni zamanda festivalın elm bölməsinin yekun mərasimi keçirildi. Mərasimdə islami irşad və mədəniyyət naziri çıxış etdi.
Sərgi, Həkim Nizami prospektində yerləşən İslam İncəsənət Universitetində öz fəaliyyətinə başladı və mayın 12-nə qədər hər gün saat 10:00-dan 19:00-dək davam edəcək.
Sərgi “beynəlxalq”, “milli miniatür” və “tələbələr arası” olmaqla üç hissədən təşkil olunmuşdur. 
Festivalda Azərbaycan Respublikasından da bir neçə qrup xalçaçılıq, mozaik və milli geyimlər sahələri üzrə işritak edir.
Təbrizin İslam incəsənətində yaradıcılığı və yenilik gətirməsi üçüncü beynəlxalq festivalı mayın 4-dən öz fəaliyyətinə başlamışdır.
Vəliyyi-Fəqihin nümayəndəsi Ayətullah Şəbüstərinin məktubunun oxunması, İslam tarixi, mədəniyyəti və incəsənəti təhqiqat mərkəzinin əl sənayesinin genişlənməsi üzrə qurumunun müdiri Nəzih Məruf və islami irşad və mədəniyyət naziri doktor Salehi Əmirinin çıxış etməsi, festivalın baş katibinin festival haqqında məlumat verməsi yekun mərasiminin proqramlarından olmuşdur.
Həmçinin Təbriz İslam İncəsənəti Universitetinin Besət toplantı salonunda keçirilən mərasimin sonunda festivala göndərilən seçilmiş məqalə sahiblərinə təqdirnamə və festivalın xatirə lövhü təqdim edildi












  • Yazılıb
  • da (də) 2017 May 11
  • Göndərən مدير سايت Aran News