Tarix : 2017 May 11
Kod 51660

Ebru sənətinin ustadı: Təbriz miniatür paytaxtı olmağa daha layiqdir

İstanbulun Ebru sənətinin ustadı “Arannews”-ə müsahibəsində Təbrizin “İslam ölkələrinin miniatür paytaxtı” olmağa daha layiqli olduğunu deyib.
Ey şəmsi zülmətin yanan çırağı
Cahanın Höccətullahı, möhkəm dayağı
Məhv olar hərisi xudpəsənd zalım mərağı
Nurunla kölgələr itər, Allah kərimdir
Zühurunu gözlərik, gələr, Allah kərimdir
Möhnəti ilə intizar bitər, Allah Kərimdir

Qalxıbdır ərşə nalələr zillət əlindən
Xar olub mömünün xiffət əlindən
Nə olar gəl, qurtar, bizi xiffət əlindən
Cəmali İslam dirçələr, Allah Kərimdir
Zühurun gözlərik, gələr, Allah Kərimdir
Möhnəti ilə intizar bitər, Allah Kərimdir

Əmirəlmöminin kimi şücaətinlə
Aləmlər bərqərar olsun ədalətinlə
Xudanın izni ilə bəlağətinlə
Xilqət haqq yolda birləşər, Allah Kərimdir
Zühurun gözlərik, gələr, Allah Kərimdir
Möhnəti ilə intizar bitər, Allah Kərimdir

Xudayi möhtərəm, mənim çoxdur günahım
Nəbi, Əmirəlmöminin, Hüseyndir şahim
Rəhimi Rəhmansan, Əhli-Beyt pənahım
Əhli-Beytə xatir rəhm edər, Allah Kərimdir.

Qəmgüzar/deyerler
AranNews – Hikmət Barutçugil deyib: “Dünyanın böyük miniatür ustadları Təbrizdən qalxmışlar. Təbriz rəssamlıq və miniatürçülüyün beşiyidir. Bunu həm İran, həm də bütün dünya incəsənətçiləri yaxşı bilir”.
Ebru ustadı III İslam İncəsənəti Beynəlxalq Festivalının səviyyəsini dəyərləndirərək deyib: “Mən öncəki festivallarda da iştirak etmişəm. Amma bu dəfəki festivalın elmi və icra keyfiyyəti ötən dəfəkilərlə müqayisədə daha yüksəkdir”.
Ustad vurğulayıb: “İslami incəsənətə diqqət yetirmək və belə festivalların keçirilməsi Təbrizin mədəniyyət adamlarının baxışlarıdır. Bu baxışlarına və işlərinə görə Təbriz İslam İncəsənəti Universitetinin məsullarına və Təbriz Bələdiyyəsinə öz təşəkkürümü bildirirəm”.
Müsahibənin davamında ebru ustadı Təbriz şəhərinə öz sevgisini açıqlayaraq deyib: “Mən Türkiyənin Malatya şəhərində doğulmuşam. İstanbul İncəsənət Universitetinə daxil olduqdan sonra bu şəhərdə yaşadım. Təbrizin mənim doğulduğum şəhərlə çox oxşarlıqları vardır. Təbrizin də ətrafını Malatya kimi dağlar əhatə edib. Ona görə də mən Təbrizi öz vətənim kimi bilirəm”. 
Qeyd edək ki, İslam incəsənəti və əl sənayesində Təbrizin yaradıcılığı və ona yeni töhfə verməsi üçüncü beynəlxalq festivalı Təbriz İslam İncəsənəti Universitetində 12 maya kimi davam edəcək.













  • Yazılıb
  • da (də) 2017 May 11
  • Göndərən مدير سايت Aran News