Tarix : 2017 May 13
Kod 51664

İmam cümə Bəhreyn və Azərbaycandan danışdı

Tehranın bu həftəki cümə xətibi höccətül-islam Kazım Siddiqi olub.
İslamazeri.com-un “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən Müxətlif ölkələrdə anti-şiə fəaliyyətlərin davam etdiyini deyən imam cümə “Ayətullah İsa Qasim hələ də Bəhreyn rejimi tərəfindən mühasirədədir. Allaha şükür ki, xalq ayağa qalxıb və qeyrətli və mömin xalq ona qarşı olan mühakimələrin qondarma olduğunu sübut etdi. Bəhreyn rejimi nə vaxt oyanacaq? Zalım Ərəbistan həmçinin cinayət törətməyə davam edir. Dünya tamaşa etməyə davam edir, beynəlxalq təşkilatlar, ərəb dünyası və İslam Konfrans təşkilatı da sükutla yola verirlər. Azərbaycan Respublikasında da məzhəblə bağlı ciddi məhdudiyyətlər qeydə alınır",  - deyərək bəzi İslam ölkələrində qeyri qanuni həbsxanaların fəaliyyət göstərdiyini bildirib.


  • Yazılıb
  • da (də) 2017 May 13
  • Göndərən مدير سايت Aran News