Tarix : 2017 May 13
Kod 51666

Səudiyyə kralı İlham Əliyevi "ABŞ-Ərəb-islam ölkələri toplantısı"na dəvət edib

Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüləziz Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi, Donald Trampın ər-Riyada səfəri zamanı keçiriləcək "ABŞ-Ərəb-İslam Ölkələrinin zirvə toplantısı"na dəvət edib.
İslaminSesi.info bu barədə Səudiyyə Ərəbistanın "əş-Şərq əl-Əusət" agentliyinə istinadla xəbər verir.
 
Səudiyyə Ərəbistanın kralının dəvətini bu ölkənin Körfəz İşləri üzrə naziri Samir bir Sübhan əs-Sübhan İlham Əliyevə çatdırıb.
 
Qeyd edək ki, Donald Tramp cari ayın 21-də ilk xairici səfərini Səudiyyə Ərəbistanına edəcək. Səudiyyə Ərəbistanı bu səfərdən yararlanaraq İrana qarşı nəzərdə tutduğu koalisiyasını genişləndirmək niyyətindədir. Səudiyyə, Trampın səfəri zamanı keçiriləcək toplantıya Azərbaycan da daxil olmaqla 17 müsəlman və ərəb ölkəsinin liderlərini dəvət edibdir.





  • Yazılıb
  • da (də) 2017 May 13
  • Göndərən مدير سايت Aran News