Tarix : 2017 May 13
Kod 51668

AİP lideri Mövsüm Səmədov Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib

AİP lideri Doktor Mövsüm Səmədov müsəlmanların 12-cı imamı Həzrəti Mehdi(ə.c)-in mövludu münasibəti ilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını tərbik edib
Vəkili vasitəsilə “İslaminSesi”nə daxil təbrik məktubunda deyilir. 

İlk növbədə bütün əziz mömin bacı və qardaşlarımı, xüsusi olaraq Həzrətin Haqq Naibini mübarək mövlud münasibəti ilə təbrik edirəm. 

Xudavəndi Mütəaldan təşəkkür edirəm ki, bizi 12 İmam ardıcıllarından qərar verərək, haqq yoluna hidayət etmişdir. Bütün bəşəriyyət olduğu kimi, Azərbaycan xalqı da bir müsəlman və şiə olaraq o həzrətin daima intizarındadır.

Bu intizar ruhu və eşqi ilə qarşımıza çıxan hər növ çətinlik və məşəqqətləri rahatlıqla keçə bilirik. Əgər o, Həzrətin məhəbbəti və mübarək nəzərləri bizim halımıza şamil olmasaydı, yəqin ki, bu gün bütün dünyada islamın izzət və əzəmət dolu bayrağı başlarımız üzərində qərar tapmazdı.

Hərçənd ki, nəhayət qələbəyə tam yetişməmişik, amma hamıya aşkardır ki, bu hədəfə yetişməyə çox da vaxt qalmayıb.

Dünyada və Yaxın Şərqdə baş verən hadisələr buna böyük bir işarədir.

İnanıram ki, bütün islami təşkilatlarla bərabər Azərbaycan İslam Partiyası da bu hədəfə yetişməkdə öz töhfəsini verəcəkdir.
 
 
نصر من الله وفتح قريب

Allahın köməkliyi ilə qələbə yaxındır.





  • Yazılıb
  • da (də) 2017 May 13
  • Göndərən مدير سايت Aran News