Tarix : 2017 May 14
Kod 51674

“MTN işi”: Materiallar Eldar Mahmudovun göstərişi ilə məhv edilib

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işində “Qütb gecəsi” və “Şimal küləyi” əks-kəşfiyyat əməliyyatları işi üzrə sənədlərin məhv edildiyi açıqlanıb.
İttiham aktında qeyd edilib ki, nazirliyin Maliyyə İdarəsinin hesablamalarında adları keçən bir çox “etibarlı şəxslər” barəsində “Qütb gecəsi” əks-kəşfiyyat əməliyyatları işi üzrə məlumat almaq mümkün olmayıb.

Məlum olub ki, 2013-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində “destruktiv qüvvələr mövqeyindən ölkəmizə qarşı aparılan mümkün təxribat pozuculuq əməllərinin aşkarlanması, qarşısının alınması, sənədləşdirilməsi, düşmənə dezinformasiyasının ötürülməsi və əməliyyat oyunlarının aparılması məqsədi ilə” 2011-ci ildə 25 saylı “Şimal küləyi” əks-kəşfiyyat əməliyyatları işi açılıb.

Lakin 2013-cü ilin dekabr ayında həmin dövrdə nazir olan Eldar Mahmudovun sanksiyası ilə iş bağlanıb və bütün materiallar məhv edilib. Antiterror Mərkəzinin 1-ci İdarəsinin rəis müavini, polkovnik-leytenant A.Məcidov bu iş üzrə də ayrılmış vəsaiti mərkəzin rəis müavini İlqar Əliyevə təqdim etdiyini bildirib, mahiyyəti üzrə nazirliyin rəhbərliyinin adına raportla müraciət edib./report/
  • Yazılıb
  • da (də) 2017 May 14
  • Göndərən مدير سايت Aran News