faktxeber-Bu hadisələrin unudulmaması və insanların öz haqları uğrunda mücadiləyə səfərbərlikləri üçün, eləcə də dünyada məzlumların zalımlara qarşı mübarizəsinin simvolu kimi mübarək Ramazan ayının son cüməsi “Qüds günü” kimi qeyd edilir.
“Qələm” Yazarlar Birliyi də Qüds Günü ilə əlaqədar yazı müsabiqəsi elan edib.
Müsabiqədə hər müəllif 9-12 min kompüter işarəsi həcmində, indiyədək yayımlanmayan bir məqalə ilə iştirak edə bilər. Seçim zamanı materialların məzmunca orijinallığı və əhatəliliyi, faktlarla zənginliyi, “Qüds Günü”nün mahiyyətinə, fəlsəfəsinə necə nüfuz edə bilməsi əsas götürüləcək.
Mükafatlar: I yer – 300 manat; II yer 250 manat; III yer – 200 manat; bundan əlavə fərqlənən 5 məqalənin hər birinə 100 manat. Qalibləri müqəddəs məkanların ziyarəti və digər hədiyyələr də gözləyir. Bəyənilən yazılar dövri mətbuatda və sosial şəbəkələrdə təqdim olunacaq.
Məqalələr bu ünvana göndərilməlidir: qelemyb@gmail.com
Müsabiqəyə iyunun 10-da yekun vurulacaq. Uğurlar arzulayırıq!