Tarix : 2017 May 14
Kod 51678

Şəhidliyi ilə adını qəlblərə yazdıran qəhrəman – Şəhid Müşviq Orucov

O, yaşıdlarının və məktəb məzunlarının ən böyük xəyalı və arzusu olab bir zirvəni fəth etmişdi. 700 bal toplayaraq qəbul imtahanlarında ən yüksək nəticəni göstərmişdi
Təhsili ilə yanaşı ədəb ərkanı, şəxsi üstünlükləri və yüksək əxlaqi keyfiyyətləri də onu digərlərindən fərqləndirən ümdə xüsusiyyətlərdən idi. Maddi baxımdan aztəminatlı ailədə böyüyüb boya başa çatmasına baxmayaraq, bu durum onun təhsilinə və çalışqanlığına heç vaxt mənfi təsir göstərməmişdi. Hətta məktəb illərində olduğu kimi tələbəlik dövründə də təhsili ilə paralel olaraq işləməkdən belə çəkinmirdi. 

Onun ən böyük arzusu və amalı xalqı və vətəni üçün xeyirli və faydalı insan olmaqdan ibarət idi.. Ömür vəfa etməsə də, şəhidliyi ilə öz arzu və istəyinə çatdı.       


Övladının sakit təbiətli və sözə baxan olduğunu deyən şəhid anası Aygun xanım, övladının yoxluğuna alışa bilmədiyini söyləyir. 

Müşviqin əxlaqı və tərbiyəsi ilə daima böyüklərlə arasında olan hörməti və pərdəni qoruyub saxladığını söyləyən dayısı Behbutov Mətləb, şəhid Müşviqi itirdikdən sonra sanki ən yaxın dostunu itirdiyini bildirir.


Şəhid atası Arif Orucov isə övladının öncədən sanki nəyisə hiss edirmiş kimi yaşadığını, Müşviqin çox dostpərvər və çalışqan olduğunu söyləyir.

Dayısı Müşviqin çox məntiqli və texniki fənləri yüksək formada bildiyini və məhz buna görə bu istiqamətə yönəltdiklərini söyləyir. 

Əslində şəhidlər o məqama ucalmamışdan öncə, həyatlarını da yüksək və əxlaq keyfiyyətlərə sahib insan kimi yaşayırlar ki, Müşviq də məhz həmin insanlardan idi. 

Müşviqin əsgər həyatı da nümunəvi və yüksək səviyydə olub. Əsgər yoldaşı və dostları  Fərhad Mikayılov şəhid dostunu belə xatırlayır.       


“Sonunda hamı öləcək, lakin kimi torpağa tapşırılacaq, kimisə də ürəklərə” – ifadəsini Müşviq hələ 2012-ci ildə özünün internet səhifəsində qeyd etmişdi. Sonunda öz qəhrəmanlığı və fədakarlığı ilə adını insanların ürəklərinə yazdıra bildi. 

Aygun ana övladının ayağı yer tutan gündən daima Şəhidlər Xiyabanına apardığını, vətənpərvər və şəhidlik ruhiyyəsində böyütdüyünü söyləyir: 

Hazırda dövlətdən övladları ilə bağlı yeganə arzularının Müşviqin adının əbədiləşdirilməsi ilə bağlı olduğunu söyləyən şəhid atası, bundan başqa heç bir gözləntilərinin və istəklərinin olmadığını qeyd edir. 

“Torpaqlarımızı geri qaytarsınlar, şəhid ailəsi olaraq heç bir ad istəmirik. Bizim yeganə istəyimiz budur ki, balalarımızın uğrunda fəda olduqları doğma torpaqlarımızı geri qayıtsın” – bu istək isə şəhid anası Aygun xanımın ən böyük arzusu və gözləntisidir. 

Müşviqin şəhidlik mərtəbəsinə yüksəlməsinin ən başlıca səbəbkarının özü olduğunu söyləyən Aygun ana, bu günə qədər övladının itkisinə dözməsinin səbəbini də övladının şəhid kimi dünyadan köçməsi olduğunu söyləyir. 

Əsgər yoldaşı Məmmədli Azad Müşviqin şəhid olmasını belə xatırlayır... 

Torpaq uğrunda övladını qurban verən ananı rahatladacaq yeganə səbəb yalnız övladının uğrunda vuruşduğu torpaqların geri qaytarılmasıdır.

Sonda şəhid ailəsinə və yaxınları üçün zər-zibalı sarayla yanan şamın söhbətindən bəhs edən təmsili xatırlatmaq yerinə düşərdi.  
 
Təmsildə qızıl və gümüşdən bəzədilmiş sarayın onu işığa qərq edən şamın yanında öz gözəlliyinə görə öyündüyü söylənilir. Şam isə öz növbəsində yana-yana təmkinlə özündən deyən sarayın söhbətlərinə qulaq asır.
 
Nəhayət zərli-zibalı otağın uzun-uzadı özünü tərifləməsindən sonra şamın söylədiyi bir kəlmə bəzəkli sarayı bir daha özünü öyməyəcəyinə vadar edir.

Sənin bütün bu gözəlliklərinin, zərin, qızılının və gümüşünün görünməsinin yeganə səbəbi budur ki, mən yanıram. Yəni mən yanmasam sənin bayaqdan öyündüyün bütün gözəlliklərinin hamısı qaranlığa qərq olar.

Bizdə cəmiyyət və xalq olaraq bütün varlığımız və mövcudluğumuza görə məhz bu dəyərlər uğrunda canlarına fəda edib, şam kimi əriyərək, dünyamızı işıqlandıran şəhidlərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.


  • Yazılıb
  • da (də) 2017 May 14
  • Göndərən مدير سايت Aran News