Tarix : 2017 May 15
Kod 51686

Amerikanın Qafqazdakı separatçı rejimlərə qarşı ikili yanaşma siyasəti

Amerikanın işğal olunmuş Qarabağ ərazisinə ikili yanaşma tərzi senat palatasının 2017-ci il Federal büdcəsi layihəsində öz əksini tapıb.
Az.truthngo.otrg - Gürcüstanın ərazi bütövlüyünün qorunmasına dair qanunda Rusiyanın Gürcüstan ərazisini işğal etdiyinə görə işğal edilmiş ərazilərə qarşı embarqolar nəzərdə tutulmuşdur.

Bu qanunda habelə Abxaziya və cənubi Osetiyanın müstəqilliyini və ya Rusiyaya birdirilməsini rəsmi tanıyan ölkələrə yardımın tamamilə kəsiləcəyi də nəzərdə tutulmuşdur.

Gürcüstan Respublikasının baş nazirinin Ağ Evdə Donald Trampla görüşündə Gürcüstanın ərazi bütövlüyünün qorunması üçün informasiya və təhlükəsizlik yardımlarının davam edəcəyi vurğulanmışdır.

Əslində cənubu Qafqazda ərazi bütövlüyü pozulmuş ölkələr üçün bu kimi bəyanatlar beynəlxalq dəstək hesab oluna bilər. lakin Qarabağ münaqişəsinə gəldikdə isə başqa mənzərə müşahidə edilir və burda daha çox Amerikanın regionda nüfuz etməsi və Minsk qrupunun digər üzvləri Rusiya və Fransa arasında nüfuz müharibəsini gedtiyi aydın görünür.

Bu strategiya son iki onillik ərzində müxtəlif dövlətlərin hakimiyyətə keçməsindən asılı olmayaraq davam etməkdədir. Çünki Rusiyanın Qaradəniz və Xəzər regionlarında özbaşınalığının qarşısını almaq üçün münaqişə zonaları effektiv silahdır.

Cari il 6 mayda qəbul edilmiş qanuna əsasən Amerikanın bu və ya digər idarələri tərəfindən Gürcüstanın separatçı qüvvələrinə edilən yardım dayandırılmış və Rusiya ilə birbaşa mübarizəyə girmişdir. Qarabağ münaqişəsinə gəldikdə isə belə bir mövqeyi görmürük.

Qəbul edilmiş büdcə layihəsində dövlət spikerindən istənilmişdir ki, 90 gün ərzində Rusiyanın Abxaziya və cənubi Osetiyadakı fəaliyyətləri haqqında mükəmməl məlumat toplasın. Bu mövzunun ən mühüm cəhəti separatizmə məruz qalmış bölgələrin beynəlxalq dairələrdə rəsmi şəkildə tanınmasına mane olmaqdır.

Buna baxmayaraq qondarma Qarabağ Respublikası prezidentinin ABŞ konqresinin yaxındakı evi senat nümayəndələrinin və digər siyasətçilərinin müzakirə səfirliyinə çevrilmişdir.

2007-ci ildə Obama dövləti çalışırdı ki, Türkiyə ilə Ermənistan arasında əlaqə yaratmaqla Qarabağ mövzusunu Türkiyədən tam ayırsın. Bu plan məğlubiyyətə uğradıqdan sonra İrəvanın hər gün yoxsullaşdığını və Rusiyaya yuvarlandığını başa düşdülər və bu planın xeyrindən keçdilər.

Lakin mövzunun dərinliyinə varmaqla belə bir qənaətə gəlmək olur ki, əgər bir gün Qafqazda ikinci erməni dövləti yaratmaq planı Moskvanın dövlət arxivinə ötürülərsə, o halda Qərbin belə bir planın avtomatik olaraq ləğv edəcəyini gözləmək sadəlövhlük olardı.

Bütün bu deyilənlər və faktlar Qərb və Amerikanın ikili standartlar yeritməsinin bariz nümunəsidir. Bütün bu münaqişələrin, Cənubi Osetiya, Abxaziya və Qarabağ münaqişələrinin mahiyyəti birdir: xarici müdaxilə, separatizm, müharibə və nəhayət ərazi bütövlüyünün pozulması.Amma bu münaqişələrə münasibət Qərbin ikili standartlarına məruz qalmışdır.



  • Yazılıb
  • da (də) 2017 May 15
  • Göndərən مدير سايت Aran News