Tarix : 2017 May 15
Kod 51687

İran, Rusiyada keçirilən “Halal Toy” festivalında iştirak edəcək

İranlı dizaynerlər Rusiyada baş tutan “Halal Toy” festivalında iştirak edəcək.
AranNews - Rusiya və Tatarıstan Müsəlman Xanımları Birliyinin sədri Nailə Ziqanşina deyib: “Qazanda baş tutacaq “Halal Toy” (Halal Wedding) festivalında dörd iranlı geyim dizayner, gözəl geyim modelləri üzrə öz məharətlərini göstərəcəklər”.
19 mayda Tatarıstan, Başqırıstan, Moskva və Rusiyanın digər əyalətlərindən 20 tanınmış geyim dizaynerləri İran dizaynerləri ilə birlikdə yeni geyimlər, xüsusilə də gəlin geyimləri üzrə libaslar sərgiləyəcəklər. 
Qeyd edək ki, “Halal Toy” festivalı “Rusiya- İslam dünyası: Kazan Summit 2017” adlı IX iqtisadi sammiti çərçivəsində keçiriləcək və 50 ölkədən 12 mindən çox xarici qonağın iştirakı gözlənilir. 



  • Yazılıb
  • da (də) 2017 May 15
  • Göndərən مدير سايت Aran News