Tarix : 2017 May 15
Kod 51688

İslam Həmrəylik Oyunlarının ilk günündə İran yığması 8 medal qazanıb

Azərbaycanda keçirilən İslam Həmrəylik Oyunlarının ilk günündə İran komandası 2 qızıl, 2 gümüş və 4 bürünc olmaqla 8 medal qazanıb.
AranNews – Redaksiyamızın İdman və Gənclər Nazirliyinin xəbər saytına istinadla verdiyi məlulmata görə, İranın Bakıda keçirilən oyunlarda qələbəsi atıcılıq üzrə qızıl medalla başlayıb.10 metr məsafədən pnevmatik tüfənglə atəş açma yarışının qızıl medalına Nərgiz İmamqulunejad sahib çıxıb. İlahə Əhmədi isə İran yığmasına ilk gümüş medalı qazandırıb.
Karate üzrə də idmançılarımız parlayıb. Nəsrin Dusti finalda türkiyəli idmançı Serap Özçeliki üstələyərək İran yığması üçün ikinci qızıl medalı qazanıb.
Kişilər arasında 60 kq-dan az çəkidə karate üzrə Əmir Mehdizadə özbək rəqibi ilə final yarışında yeni şans qazandı. Karateçi bu mərhələdə ərəbistanlı qəqibinə qalib gələrək bürünc medal qazandı.
 Sonra kişilər arasında 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında İran ikinci bürünc medalını qazanıb. 
Təravət Xaksar 55 kq çəki üzrə türkiyəli rəqibi Tuba Yakanı üstələyərək İranın üçüncü bücünc medalçısı olub. Əlirza Xücəstə də cüdo üzrə dördüncü bürünc medalın sahibi olub.
Yarışların ilk günündə axrıncı medalı Rezita Əlipur qazanıb. İranın 62 kq-dan az çəki üzrə karate nümayəndəsi boyun hissəsindən zədələnməsinə baxmayaraq rəqib qarşısında çox yaxşı mübarizə aparıb, sonda 3:0 hesabı ilə mübarizəni rəqibinə uduzaraq oyunun birinci günündə İran üçün ikinci gümüş medalı qazandı.
Bakıda keçirilən İslam Həmrəylik Oyunlarının ilk günündə İranın medal qaliblərinin siyahısı aşağıdakı kimidir:
Nərgiz İmamqulinejad, atıcılıq üzrə -qızıl medal
Nəsrin Dusti, karare üzrə-qızıl medal
İlahə Əhmədi, atıcılıq üzrə-gümüş
Rezita Əlipur, karate üzrə-gümüş
Əmir Mehdizadə, karate üzrə-bürünc
Təravət Xakar, karate üzrə-bürünc
Kişilər arasında 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında-bürünc
Əlirza Xücəstə, cüdo-bürünc




  • Yazılıb
  • da (də) 2017 May 15
  • Göndərən مدير سايت Aran News