Tarix : 2017 May 15
Kod 51689

Ermənilər Azərbaycanda 50 metrlik xaç ucaltdı...

Azərbaycanın işğal altındakı Xankəndi şəhəri yaxınlığında yerləşən Əsgəran rayonunun Daşuşen kəndində hündürlüyü 50 metr olan xaç qoyuldu.
Bu  barədə qondarma “DQR” rejiminin “iqtisadiyyat nazirinin müavini” Sergey Şahverdiyan öz Facebook səhifəsində məlumat verib.  Uca təpədə yerləşdiyindən xaç Xankəndinin hər tərəfindən görünür.  Abidə xüsusən gecələr- işıqları yanarkən  xristian ermənilərin zövqünü oxşayır.  

Xəbərdə deyilir ki,  xristian xaçı 9 may ərəfəsində Azərbaycan torpaqlarının işğalı zamanı gəbərmiş erməni hərbçilərin xatirəsinə ucaldılıb. Abidənin Avropada hündürlüyünə görə ikinci xaç olduğu iddia edilir. Qitədə ən hündür xaç Makedoniyanın  Skopye şəhərindədir. 2002-ci ildə makedoniyalıların xaçpərəstliyi qəbul etməsinin 2000-ci ildönümü münasibəti ilə qoyulmuş abidənin hündürlüyü 67 metrdir./moderator/






  • Yazılıb
  • da (də) 2017 May 15
  • Göndərən مدير سايت Aran News