Tarix : 2017 May 15
Kod 51691

Bir qrup türkiyəli ələvi Vəliyyi-fəqihin Ərdəbil üzrə nümayəndəsi ilə görüşüb

Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi və Ərdəbilin imam cüməsi dünən Türkiyədən gəlmiş bir qrup ələvi elm və mədəniyyət adamları ilə görüşüb.
Vəliyyi-Fəqihin nümayəndəsi Türkiyədən gəlmiş ələvi qonaqlarla görüşdə dini ortaqlıqlara işarə edərək İranı ələvilərin hüquqlarını müdafiə edən əsas ölkə adlandırıb.

Ayətullah Amili deyib: “Təkfirçi qrupların terror hərəkətlərinin baş verdiyi hazırkı durumda ələvilərin himayəçisi yalnız İran İslam Respublikasıdır. İran bir İslam ölkəsi olaraq ələviləri himayə və müdafiə etməyi öv vəzifəsi bilir”.

Görüşün davamında qonaqlar görüşdən məmnun qaldıqlarını, terrorçular qarşısında ələviləri himayə etdiyinə görə İran İslam Respublikasına minnətdarlıqlarını bildiriblər və Ayətullah Amilini İslam dünyasının tanınmış və seçilmiş şəxsiyyəti adlandıraraq, onu azərilərin vəhdət və birlik simvolu saydıqlarını vurğulayıblar.

Qeyd edək ki, bir neçə gün öncə də Türkiyə və Avstriyada yaşayan ələvilərdən ibarət müxtəlif qruplar Ayətullah Amili ilə görüşmüş və dünya müsəlman azərilərin həmrəyliyi istiqamətində onun uca şəxsiyyətini dəyərləndiriblər.






  • Yazılıb
  • da (də) 2017 May 15
  • Göndərən مدير سايت Aran News