Gürcüstanın Marneuli şəhərində İmam Məhdinin mübarək mövludu ilə əlaqədar mərasim təşkil edilib
İslamazeri.com "Ahlibeyt.ge"yə istinadən xəbər verir ki, Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən Əhli-beyt (ə) Aşiqləri Forumu və Zeynəb (s.ə) Qadınlar Birliyinin təşkilatçılığı ilə Ali Muhəmmədin (s) Qaimi bəşərin xilaskarı Həzrəti Məhdi (ə.f) təvəllüd günü münasibətilə möhtəşəm tədbir keçirilib. Tədbir Kərbəladan Gürcüstan müsəlmanlarına hədiyyə olunan bayraqların təqdim edilməsi ilə başlayıb. Aparıcı Məşhədi Azər Məmmədov tədbirin daha da nuraniyyət qatmaq üçün Quran qarisi Kərbəlayi Rza Cəfərini Qurandan öz gözəl səsi ilə bir neçə ayə tilavət etmək üçün dəvət edib.
Sonra Azərbaycan Respublikasından təşrif gətirən Əhli-beyt (ə) məddahi Seyid Peyman Əhli-beytin (ə) şəninə şeir və ilahilər səsləndirib.
Tədbirin əsas xətibi olan Beynəlxalq Al-Mustafa (s) universitetinin Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Davud Zarii çıxış edərək, İmam Zamanın (ə.f) İlahi Peyğəmbərlərlə (ə) oxşar cəhətindən danışıb. O, qeyd edib ki, Allah Peyğəmbərlərinə (ə) verdiyi fəzilətin hamsını İmam Zamana (ə.f) verib.