Tarix : 2017 May 16
Kod 51696

BAXCP ölüm cəzasının bərpasını istəyir

Son vaxtlar silahlı qüvvələrin bəzi əsgər və zabitlərinin, eləcə də mülki şəxslərin dövlətə xəyanət etmələri barədə məlumatları müzakirə edən BAXCP İdarə Heyəti ölüm hökmünün bərpa edilməsi ilə bağlı bəyanatla çıxış edib.
Partiyadan APA-ya daxil olan bəyanatda deyilir: “BAXCP İdarə Heyəti Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsinin dövləti cinayətlərə görə ölüm cəzasının tətbiqinə imkan yaratdığını, eləcə də ölkəmizin qoşulduğu  “İnsan Hüquqularının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Konvensiyanın 6 saylı Protokolunun 2-ci maddəsinin “dövlətin müharibə dövründə və ya qaçılmaz müharibə təhdidi zamanı törədilmiş əməllərə görə öz qanunvericiliyində ölüm cəzasını nəzərdə tuta bilməsi” və Azərbaycanın da müharibə vəziyyətində olması faktını nəzərə alaraq, ölüm cəzasının bərpa edilməsi müstəsna cəza kimi bərpa edilməsi təşəbbüsü ilə çıxış edir”.
 
Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının Ermənistanın ali baş komandanına tabe olduğunu, bu hərbi birləşmənin Dağlıq Qarabağdakı əməliyyatlara da qoşula biləcəyi barədə açıqlamaların bu günədək rəsmi Moskva tərəfindən təkzib olunmadığını nəzərə alan BAXCP İdarə Heyəti mövcud vəziyyətin Rusiyanın da Azərbaycanla müharibə vəziyyətində olması reallığını yaratdığını bildirir və bu səbəbdən bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini vacib sayır: “BAXCP İdarə Heyəti hesab edir ki, Azərbaycan vətəndaşlarının Rusiyanın hərbi məktəblərinə təhsil almağa göndərilməsinin qarşısı alınmalı, Rusiyanın hərbi təhsil müəssisələrini bitirmiş, Rusiya silahlı qüvvələrində xidmətdə olmuş və hazırda Azərbaycanın Silahlı Qüvvələrində xidmət edən şəxslər barədə ciddi araşdırmalar aparılmalıdır”.
 
BAXCP İdarə Heyəti hesab edir ki, Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsi təcili olaraq dövlətə xəyanət etmiş şəxslərlə bağlı dinləmələr keçirməlidir: “Dinləmələr zamanı baş vermiş hadisə ciddi şəkildə araşdırılmalı və təhlil olunmalı, Milli Məclis hakimiyyətin müstəqil qolu kimi Ali Baş Komandanı alternativ informasiya ilə təmin etməli, bu sahəyə məsul olan şəxslər ciddi şəkildə cəzalandırılmalı, ictimaiyyətin narahatlığına son qoyulmalıdır”.



  • Yazılıb
  • da (də) 2017 May 16
  • Göndərən مدير سايت Aran News