Tarix : 2017 May 16
Kod 51698

Ölkəni talayanlar mənəvi dəyərlərdən dəm vururlar

İlham Əliyev mayın 10-da etdiyi çıxışında dedi ki, “bu gün özünü müxalifət kimi göstərmək istəyən antimilli satqın ünsürlər dövlətimizin ən müqəddəs dəyərlərinə də zərbə vurmağa çalışırlar”.
Əgər ən müqəddəs dəyər ərazisi işğal altında olan ölkənin hakimiyyətinin korrupsiyaya qurşanması, torpaqları düşmən tapdağında olan məmləkətin sərvətlərinin hakim elita tərəfindən ofşor hesablara daşınması, ölkənin gəlirli sahələrinin öz ailə üzvlərinə verilməsindən ibarətdirsə, biz belə “dəyərdən” uzaq adamlarıq. Ən müqəddəs dəyərlərdən söhbət gedirsə, beynəlxalq korrupsiya araşdırmaları nəticəsində aşkarlandı ki, hakim ailəyə yaxınlığı deyilən yalnız bir şirkət bir təqvim ilində ölkədən bir milyard dollar vəsait çıxarıb və əlavə olaraq ödəmə qabiliyyətini “itirdiyi” üçün 31 milyon manat həcmində vergidən də “azad” edilib. Elə həmin şirkət vasitəsi ilə Azərbaycanda siyasi məhbus qətnaməsinin AŞPA-da qarşısını almaq məqsədilə İtaliyalı deputat Luka Valentaya verilən iri həcmli rüşvətin bu “ən müqəddəs dəyərlər” məsələsinə dəxli var, ya yoxdur? Gizli hazırlanan devalvasiya nəticəsində hakim ailəyə məxsus bankın gizli dövlət tədbirindən qazanması və banklarda 5-3 min qaragünlük pulu olan vətəndaşların bir gecədə var-yoxdan çıxmasının da yəqin bu “müqəddəs dəyərlərə” aidiyyəti yoxdur. Avstriyada manat kəsib on milyonlarla Avro “şapkanı” ofşor hesablara yönəldirlər, 19 milyon dollar dəyəri olan dəmir yol cihazların qiymətindən 5 dəfə artığa sənədləşdirib 85 milyon dolları gizli hesablara yerləşdirir və sonra da gəlib “ən müqəddəs dəyərlərdən” danışırlar.

Cəmil Həsənli 



  • Yazılıb
  • da (də) 2017 May 16
  • Göndərən مدير سايت Aran News