Tarix : 2017 May 16
Kod 51699

Namaz məhbusu Şeyx Sərdarın məhkəməsinin vaxtı açıqlandı

Mayın 19-da Masallı rayon Məhkəməsində Azərbaycan Ruhanilər Məclisinin üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin məhkəməsinə hazırlıq iclası keçirilicək.
Nur-az.com-Bu barədə Şeyx Sərdar Hacıhəsənlinin vəkili Cavad Cavadov Maide.Az -a açıqlamasında məlumat verib. "Namaz məhhusu Şeyx Sərdar Hacıhəsənli barəsində Masallı rayon polis idarəsində qaldırılmış heç bir əsası olmayan AR Cinayət Məcəlləsinin 168-3.1.3 maddəsi ilə olan cinayət işi üzrə istintaq bildiyiniz kimi yekunlaşmışdır. Cinayət işi Masallı rayon Məhkəməsinə baxılması üçün göndərilmişdir. Masallı Rayon Məhkəməsində iş hakim Anar Alməmmədovun icraatına verilib və bu gün əldə etdiyim məlumata görə məhkəmənin hazırlıq iclası 19 may saat 16:00-a təyin edilmişdir".



  • Yazılıb
  • da (də) 2017 May 16
  • Göndərən مدير سايت Aran News