Tarix : 2008 Jun 11
Kod 5170

ABŞ YƏHUDİ KOMİTƏSİ RƏSMİSİ QONDARMA D.QARABAĞ RESPUBLİKASINI ZİYARƏT EDİB

O, eyni zamanda ABŞ-ın hər il «DQR»-na rəsmi şəkildə 5 milyon dollar həcmində humanitar yardım təqdim edən yeganə ölkə olduğunu da qeyd etməyi unutmamışdır.
Azerbaijan Servisi/Aran Agentliyi
Görəsən bu Amerikanın azərbaycanlı və yəhudi icmalarının ümumi işlərində mənfi tərzdə əks olunmayacaqmı?

«Qafqaz qovşağı» şəbəkə agentliyinin verdiyi məlumata görə, bu günlərdə Dağlıq Qarabağın Ermənistandakı «daimi nümayəndəliyinin» rəhbəri Karlen Avetisyan ABŞ-ın Yəhudi Komitəsinin nümayəndəsi, səfir Piter Rozenblatı və Amerika-Ermənistan İctimai Komitəsinin icraçı direktoru Ross Vartyanı qəbul etmişdir.

Təmsil etdiyi təşkilatın yerinə yetirdiyi işləri təqdim edən səfir Piter Rozenblat qeyd etmişdir ki, Yəhudi Komitəsi ABŞ-ın yəhudi icmasının ən əhəmiyyətli strukturlarından biri olub, beynəlxalq münasibətlərdə çox mühüm rol oynayır. O, həmçinin vurğulamışdır ki, ABŞ yəhudiləri Dağlıq Qarabağ bölgəsinin problemləri və inkişafı haqqında kifayət qədər çox məlumatlıdırlar.

«DQR»-nın nümayəndəsi də öz növbəsində baş tutmuş görüşün əhəmiyyətini xüsusi vurğulamış və Qarabağ probleminin dinc yollarla nizamlanması işində ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın rolunu qeyd etmişdir. O, eyni zamanda ABŞ-ın hər il «DQR»-na rəsmi şəkildə 5 milyon dollar həcmində humanitar yardım təqdim edən yeganə ölkə olduğunu da qeyd etməyi unutmamışdır. «Qafqaz qovşağı» agentliyinə «DQR»-nın Ermənistan Respublikasındakı «daimi nümayəndəliyində» bildirildiyinə görə, görüş zamanı həmsöhbətlər Qarabağ münaqişəsinin nizamlanması yollarını və «DQR»-nın mövqeyini müzakirə etmişlər.
  • Yazılıb
  • da (də) 2008 Jun 11