Dünən "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklik edildi. Dəyişikliyə əsasən, xaricdə dini təhsil alan şəxslər Qafqaz Müsəlmanları İdarəsi xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla islam dininə aid ayin və mərasimlər aparmasına icazə verə bilər.
İslamazeri.com xəbər verir ki, vəkil Cavad Cavadov qanunda edilən dəyişikliklə bağlı fikirlərini bildirib.
"Milli Məclisdə "Dini etiqad azadlığı haqqında" Qanuna dəyişiklik edilib və xaricdə dini təhsil almış şəxslərin dini ayinlərin icra edilməsini tam qadağan edən absurd 21-ci maddəsi guya, nisbətən yumşaldılmışdır və dəyişiklikdə "dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin dini təbliğat aparmasının qadağan edilməsi nəzərdə tutulub". Lakin Cinayət Məcəlləsində 168-1.1 maddəsinin dekriminalizisiyası ilə bağlı hər hansı dəyişiklik edilməyib" - Cavadov qeyd edib.
Vəkil "qanunda bu dəyişiklik nə üçün edilibdir?" - sualını verir və bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin özündə, onun tabeliyində olan məscidlərlə xaricdə dini təhsil almış və dini ayinlərə rəhbərlik eden şəxslər var. Cavadov bunu dəfələrlə vurğuladığını diqqətə çatdırıb.
"Açıq-aşkar görünür ki, bu dəyişiklik selektiv olaraq məsləhət hesab etdikləri şəxslərə şamil olunacaq və faktiki olaraq xaricdə islam dini təhsil almış ruhanilərin fəaliyyətinin dövlət tərəfindən lisenziyalaşdırmasıdır, yəni dövlətin din münasibətlərinə birbaşa müdaxiləsidir. Göstərilən norma Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinin I-ci bəndinə tamamilə ziddir" - vəkil qeyd edib.
Hazırda Şeyx Sərdar Hacıhəsənlinin hüquqlarını müdafiə edən C.Cavadov ona ünvanlanan çox saylı suallarla bağlı bildirib ki, bu dəyişikliyin din xadiminin işinə hər hansı aidiyyatı yoxdur: "Bu, o zaman ola bilərdi ki, onun ittiham olunduğu cinayət qanunun maddəsi çıxarılsın və ya dəyişdirilsin".
Vəkil: "Dəyişikliyin Şeyx Sərdarın işinə hər hansı aidiyyatı yoxdur"