Tarix : 2017 May 17
Kod 51710

Sekülarizm, sionizm və səudiyyə vəhhabiliyinin “Bakı-2017 İslam Həmrəylik Oyunlarında” həmrəyliyi

IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi mayın 12-də Azərbaycan Respublikası prezidentinin həyat yoldaşı, Birinci vitse-prezident və “Bakı 2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın çıxışı və Ərəbistan siyasətçilərinin rəngli iştirakı ilə başladı.
AranNews – Redaksiyamızın “Təsnim”ə istinadla verdiyi məlumata görə İslam Həmrəylik Oyunlarının açılış mərasimi ilə eyni zamanda Bakı dövləti “İmam Zamanın (əc) milad bayramı”nın keçirilməsinin qarşısını alıb. 
IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin müxtəlif hissələrinin düzülüşündə Bakı dövləti Azərbaycanın sekülar quruluşunu təbliğ etmək və onun müxtəlif ünsürlərinə yer vermək üçün ifrata varmışdı və bu hərəkət SSRİ dövründə kommunizmin təbliğinə daha çox bənzəyirdi. Fərq yalnız bunda idi ki, bu dəfə mərasim kommunizmin təbliğinə deyil, multikulturalizim, açıq və tolerant cəmiyyət və s. kimi sionizmin dəstəklədiyi təlimlərə xidmət edirdi. Mərasimdə aşağıdakı nüanslar diqqəti çəkirdi:
- Mərasimin bütün süjetlərində rəqqasə qadınların rəqqas kişilərin yanında iştirakına açıq şəkildə yer verilmişdi.
- Yaranmış fürsətdən faydalanaraq millətçi simvollarının və Azərbaycan R-sı bayrağının mərasimin bütün hissələrində nümayiş etdirilməsi.
- Mərasimin müxtəlif süjetlərinin hekayətçisi heç bir islami zahiri olmayan Mina adlı qızcığaz idi.
- Mərasimin Azərbaycan dövlət televiziyası kanalından canlı yayımının aparıcısı Bakının sionistlərin təfəkkür istiqamətləndirməsi, onların hazırladığı və icra edildiyi xüsusi siyasətlərini açıqlamaq üçün hər bir fürsətdən yararlanıdı. İordaniya idmançılırını tanıtdıqda bu ölkənin “İsrailin qonşuluğunda yerləşməsi”ni xüsusi vurğulaması buna bir nümunədir. 
- İslam və tarixi təhrif etmək də mərasimin önəmli simalarından idi. Nizami Gəncəvi, İmaməddin Nəsimi, Məhəmməd Füzuli və s. kimi şairləri təhrif edərək tanıtmaq, Azərbaycanı İslam dünyasına xalça ixrac edən bir ölkə kimi tanıtmaq, müxtəlif əsrlərdə İslam dünyasının elmi tərəqqisinə səbəb olmuş müsəlmanların elmi və texniki nailiyyətlərinə bu uğurlarda İranın mərkəz olmasına heç bir işarə etmədən söz açmaq.
- Mərasimdə islami təzahürə bir növ yer verilməsinə təlaş edilən hissə yalnız Alim Qasımovun Bakının Heydər məscidindən (Heydər Əliyev məscidi) azan oxuması idi. Bu hissənin yayımlanması da Azərbaycanın şiə əhalisinin çoxundan gizlədildi və azanda “Əşhədu ənnə Əliyyən vəliyullah” şəhadəti oxunmadı.
Açılış mərasiminin filmi araşdırıldıqda Azərbaycan xalqının həqiqi kimliyinin əleyhinə olan işlənmiş bir çox detallar üzə çıxarmaq olar. Ancaq elə yuxarıda qeyd olunan açıq nüanslara diqqət etdikdə məlum olur ki, Azərbaycan dövlətinin İslam Oyunları keçirməkdə əsas məqsədi İslam həmrəyliyi deyil, bu ölkənin sekülar qurluşunun müxtəlif ünsürlərinin təbliğ və möhkəmləndirilməsi olmuşdur. Xüsusilə də bu oyunların keçirilməsini dəstəkləmək üçün Ərəbistanın rəngli iştirakına Bakının ehtiyacı üzündən sionizm rejiminin dəstəklədiyi “sekülarizm və multikulturalizimin Bakıda səudiyyə vəhabiliyi ilə koalisiyası” nümayiş etdirilirdi.
Azərbaycan Respublikasının prezidentinin həyat yoldaşı Mehriban Əliyeva açılış mərasimində heç bir müsəlman qadınına bənzərliyi olmayan bir formada çıxış edərək:  “Bu axşam biz İslam aləmini bir araya gətiririk. Azərbaycan bu ali missiyanı öz üzərinə götürməkdən fərəh hissi duyur”-dedi.
M. Əliyeva “açıq, tolerant cəmiyyəti” ifadələrini İslam və Azəraycana bağlayıb, ölkədə qərb turizm sənətinin reklamı üçün fürsəti qənimət bilərək artırdı: “Ölkəmizin multikultural tarixi açıq, tolerant cəmiyyətimizin ən ülvi hissəsidir. Biz İslam tarixi və irsinin bir hissəsi olmaqdan, İslam dəyərlərini bölüşməkdən fərəhlənirik.
Bu Oyunların qələbə qazanacaq atletlərinin təltif olunacağı medallardan tutmuş möhtəşəm açılış və bağlanış mərasimləri kimi yaradıcı elementləri zəngin mədəniyyətimizi ilhamlandıracaq. Odlar diyarı Azərbaycan həm də büllur sular ölkəsidir. Bənzərsiz göllərimiz və çaylarımız, şəlalələrimiz və bulaqlarımız, Xəzər dənizimiz əsrlər boyu həyatımızın mənbəyi olub. Ortaq İslam irsimizdə əsas yer tutan və həyat mənbəyi olan bu element Qafqaz dağlarından Xəzər dənizinə qədər ölkəmizin təbii gözəlliyinin və özünəməxsusluğunun mühüm hissəsini formalaşdırır… Azərbaycan iki il öncə birinci Avropa Oyunları çərçivəsində bütün Avropa qitəsini bir araya gətirərək tarix yazdı. İndi isə biz dörd qitənin İslam dünyasının insanlarını Bakıda – IV İslam Həmrəyliyi Oyunlarında birləşdiririk”.
İslam Əməkdaşlıq Təşkilatının səudiyyəli baş katibi Yusif Əl-Osaymin mərasimdə çıxış etdi. O, 2016-cı ildə İstanbulda keçirilmiş 13-cü İslam Sammitində İslam aləmində gənclər və idman məsələlərinə xüsusi diqqət yetirən İƏT-in Onillik Tədbirlər Planı (İƏT-2025) qəbul olunmasına işarə edərək dedi: “Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması ilə üst-üstə düşür və bu, Azərbaycanın nəinki üzv dövlətlərdə gənclər və idmanın inkişaf işinə sadiqliyini göstərir, o cümlədən bu ölkənin multikulturalizmin gücləndirilməsində, eləcə də mədəniyyətlərarası dialoqun və sivilizasiyalararası ünsiyyətin möhkəmləndirilməsində, idman vasitəsilə İslam dəyərləri barədə biliklərin qlobal səviyyədə yayılmasında fəal iştirakını nümayiş etdirir”.
İslam təzahürü və adət-ənənələrinə çox az uyğunluğu olan İslam Həmrəylik Oyunlarının açılış mərasimində əvvəlcə “Birlik” proqramı icra edildi. Bu hissədə əvvəl əlində su səhəngi tutmuş rəqqasə rəqs edərək səhnəyə çıxdı, sonra əlində su səhəngi olan 56 digər rəqqasə ona qoşuldu. Onlar mis səhənglərdəki suları səhnənin mərkəzindəki böyük siniyə boşaltdaraq İslam Əməkdaşkıq Təşkilatına üzv olan 57 ölkənin “birliyini” nümayiş etdirdilər. 
Stadionda “Harmoniya” adlanan növbəti süjet nümayiş etdirildi. Mina adlı bakılı qızcığaz babası ilə səhnəyə çıxdı. Bakının Filarmoniya bağından görüntülər ekrana gəldi. Minanın babası nəvəsinə deyir: “Gələcəyimizə aparan yolu dəyişmək üçün əvvəlcə keçmişimizi qavramalıyıq”. Beləliklə, o, çərpələngi bələdçi dostu kimi təqdim edərək, Minanı maraqlı bilik və tanışlıq səyahətinə dəvət edir.
Filarmoniya bağında 120 səhnə iştirakçısı, o cümlədən Azərbaycan Dövlət Uşaq Filarmoniyasının 20 üzvü Minaya qoşuldu.
Minanın hekayəti “Özünəməxsusluq” adlı hissə ilə davam etdi. Qızcığaz öz çərpələngində Bakıdan uzaqlara uçdu. Qobustanın qayaüstü rəsmlərini, Atəşgah məbədini və Yanardağda alovlanan əbədi odu seyr edən Mina əfsanəvi Simurq quşunu görmək üçün əfsanələr dünyasına qədəm qoydu və Simurq cücəsinin yumurtadan çıxmasına kömək etdi.
Simurq lələyinin birini Minaya verdi ki, dara düşəndə bu lələyi yandırsın və bir göz qırpımında yeni sehrli dostu köməyinə yetişsin.
Əllərində od olan 20 səhnə iştirakçısı iki su hovuzunda buta fiquru formasında alov cərgəsi yaratdı.
Mərasimin davamında muğam ustası Alim Qasımovun azan səsi Minanı Azərbaycan dövlətinin iki il bundan öncə “dini dəyərlərin və multikulturalizmin” mərkəzi adı ilə tikdiyi Heydər məscidinə tərəf apardı. Əllərində fənər tutan yüzlərlə dindar buraya gəldi. Bu süjet “İnanc” adı daşıyırdı.
“Azərtac” verdiyi məlumata görə açılış mərasimi üçün hazırlanmış filmin çəkilişləri Azərbaycan, Avstraliya və Filippində aparılıb.
Növbəti hissədə Ceyn Antoniya Kornişin və Daniel Hesin ifasında “Written in the Stars” mahnısı səsləndi. Bu süjet “Paklıq” adlanırdı.
Sonra Minanın tarixə səyahəti başladı. Bu hissədə Mina, Bakının öz mədəni irsi adlandırdığı musiqi alətləri, xalça, memarlıq sənətləri, ədəbiyyat və şairlərlə tanış oldu. Bütün bunlar Azərbaycan Respublikasının tarix kitablarında tanıdıldığı kimi nümayiş etdirildi. 
Sonra Azərbaycan Dövlət Rəqs Ansamblının 24 rəqqası “İslam simvolu olaraq!!!” üzərində ulduz xəritələri təsvir edilmiş geyimlərdə səhnəyə çıxdı. 
Azərbaycan Dövlət Rəqs Ansamblı öz rəqsləri ilə İslam dünyasının tərəqqi etdiyi “müxtəlif elmləri” təqdim etdi. Qəfildən qopan qum fırtınası səhnədəki hər şeyi süpürüb apardı. Mina yolu azdı və qorxmağa başladı. Lakin Simurqun lələyi onun köməyinə gəldi və səmaya qalxaraq ulduzlara çatdlrdı.
Mina babasının ona verdiyi çərpələngində Bakı üzərindən uçaraq, tarixi saraylar və qüllələr, eləcə də müasir mədəniyyət, idman və əyləncə məkanlarını seyr etdi. Mina yenə Bakının Filarmoniya bağına qayıtdı və Bakının musiqi və rəqs mərkəzində “Sülh səfəri” süjeti başa çatdı. 
Beləliklə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev təkid edir: “Azərbaycan Respublikası islamofibiya ilə mübarizədə mühüm rol oynayır”, “Azərbaycan Respublikası İslam həmrəyliyinə böyük ərməğan bağışlayıb” və s.
Bu nümayişlərlə yanaşı Bakıda İslam Partiyasının “İmam Zamanın (əc) mövludu”nun qeyd edilməsi ictimai proqramının qarşısı alındı, Nardaranda matəm mərasimi saxlayanlara qarşı hücum və bu prosesdə həbs olunanların məhkəməsinə qarşı etiraz edənlərin saxlanılması, şiələrə qarşı onlarla qadağalar, hətta dinsiz sovet hökumətinin tolerantlıq göstərərək qadağan etmədiyi islami simvolların istifadəsinə yasaq qoyulması Azərbaycan dövlətinin həqiqi “multikulturalizm” və “İslam həmrəyliyi” simasını nümayiş etdirdi.




  • Yazılıb
  • da (də) 2017 May 17
  • Göndərən مدير سايت Aran News