Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı, tarixçi-alim Arif Yunusun məhkəməyə məcburi gətirilməsi haqda qərar çıxarılıb.
Isalmazeri-Qərarı mayın 17-də Bakı Apellyasiya Məhkəməsində Mirpaşa Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası verib.
AzadlıqRadiosu yazır ki, məhkəmədə Yunusların vəkili Elçin Sadıqov vəsatət qaldıraraq, apellyasiya şikayətinə müdafiə etdiyi şəxslərin iştirakı olmadan baxılmasını istəyib. Vəsatətini əsaslandırarkən deyib ki, L.Yunus və həyat yoldaşının üzərində şərti cəza olsa da, onların ölkədən çıxışına Ali Məhkəmə icazə verib. Ona görə də, məhkəmənin onların iştirakı olmadan keçirilməsi mümkündür.
«Onların hazırda məhkəmədə iştirakı müalicə almaları səbəbindən mümkün deyil. Ona görə də, onların «Skype», «Whatsapp», «Facebook» vasitəsilə məhkəmə iclasına qatılması təmin edilsin», – E.Sadıqov bildirib.
Dövlət ittihamçısı vəsatətə etiraz edib və məhkəmədə Yunusların özünün iştirak etməsini istəyib.
Qısa müşavirədən sonra məhkəmə vəsatətin təmin olunmadığını açıqlayıb. Həmçinin Leyla və Arif Yunusların məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarılıb.
Məhkəmə mayın 31-nə təyin olunub.
Yunuslar haqqında məcburi gətirilmə qərarı çıxarıldı