İslam Həmrəyliyi Oyunlarının açılışında Heydər Əliyev məscidinin görüntüləri yer alır. Mərasimdə Azan oxunur.
Amma təxminən bir ay əvvəl Bakının Sovetski ərazisində bir məscidin azan səsi kəsilib.
Meydan tv-Aprelin 12-də bir əsrlik tarixi olan «Hacı Əbdülrəhimbəy Qulubəyov» məscidi sökülüb. "Hacı Cavad" məscidinin söküntüsünə gələndə isə sakinlər etiraz edərək işi dayandırıblar.İslam Oyunları ilə bağlı toplantıda ölkə başçısı İlham Əliyev başqa ölkələri İslam dinini terrorizmlə eyniləşdirməkdə günahlandırır.
İttihamlarının içərisində terrorçuluq da olan Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə və digər 17 nəfərə Ağır Cinayətlər Məhkəməsi 10 ildən 20 ilə qədər həbs cəzası verib. Dindarlar işgəncə altında onlardan ifadə alındığını deyiblər. Amnesty İnternational təşkilatı bildirir ki, işgəncə vasitəsilə alınan ifadələr sübut kimi qəbul oluna bilməz və Azərbaycan höküməti həmin şəxsləri dərhal azad etməlidir.
Müsəlman Birliyi Hərəkatının üzvü Əhsən Nuruzadə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində onu bu sözlərlə təhdid etdiklərini deyir. 10 sutkalıq həbsdən sonra o, bir yığıncaqda Müsəlman Birliyi Hərəkatının himni oxunduğuna görə yenidən idarəyə çağırılıb və xəbərdarlıq alıb.
2015-ci ilin noyabrında Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq Nardaranda əməliyyat keçirib. Rəsmi məlumata görə ərazidən döyüş sursatı və dini ədəbiyyat götürülüb. Əməliyyatda iki nəfər polis işçisi olmaqla 6 nəfər həlak olub. Həmin gündən bu yana Nardaran qəsəbəsinin ətrafında polis postu qurulub. Qəsəbəyə gəlib-gedən bütün maşınlar yoxlanılır.
ABŞ Dövlət Departamentinin Dini Məsələlər Komissiyası ötən il Azərbaycanda dini azadlıqlar sahəsində vəziyyət pisləşdiyini bildirib. Komissiya hesabatında deyilir ki, hökumət müstəqil dini fəaliyyətə qarşı repressiyaları gücləndirib.
Hökumət nümayəndələri isə hər zaman bildirir ki, Azərbaycanda dini azadlıqlar qorunur. Həbs olunan dindarlar da törətdikləri cinayətə görə içəridədirlər.
İslam Həmrəyliyi Oyunları isə 22 maya qədər davam edəcək. İlham Əliyevin sərəncamı ilə 2017-ci il “İslam Həmrəyliyi ili” elan olunub.