Tarix : 2017 May 18
Kod 51723

QAT-ın İslam Həmrəylik Oyunları çərçivəsində təbliğat fəaliyyəti

Qarabağ Azadlıq Təşkilatı (QAT) Bakıda keçirilən İslam Həmrəylik Oyunları çərçivəsində oyunda iştirak etmək üçün Azərbaycana səfər etmiş müsəlman idmançılar və idman komandalarını Ermənistanın Qarabağı və İslam əraziləri işğal etməsi ilə tanış etmək üçün təbliğat fəaliyyəti göstərir.
Arannews-un verdiyi xəbərə görə, müxtəlif dillərdə hazırlanaraq idmançılar arasında paylanmış vərəqələrdə deyilir:

IV İslam Həmrəyliyi Oyunlarınının dəyərli iştirakçıları

Sizləri salamlayır və uğurlar diləyirik!

İslam sülh, əmin-amanlıq və tolerantlıq dinidir. İslam bunu bütün tarixi boyu sübut edib. Bu gün İslama atılan böhtan və yalanların heç bir əsası yoxdur. Əksinə, bu gün islam ölkələri terrora, işğala və təcavüzə məruz qalıblar. İslam dünyası işğala, təcavüzə və terrora qarşı birgə mübarizə aparmalıdır. İnanırıq ki, Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan olunması, “İslam Həmrəyliyi Oyunları”nın keçirilməsi İslam dünyasının vəhdət və biriliyinə öz töhfəsini verəcəkdir. İslam dünyasının ən böyük problemlərindən biri də Dağlıq Qarabağ münaqişəsidir. Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana təcavüzü, Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı 7 bölgəsini işğal etməsi nəticəsində yaranıb. Dağlıq Qarabağ Azərbaycan ərazisi, islam torpağıdır. İşğalçı ermənilər zəbt etdikləri ərazilərdə 59 məscidi, yüzlərlə digər ibadət yerlərini, qəbirstanlıqları darmadağın ediblər. Ermənistan silahlı dəstələri Xocalıda soyqırımı törədərək 613 dinc sakini xüsusi qəddarlıqla qətlə yetiriblər. Bütün bu acı həqiqətləri sizin bilməyinizi istəyirik. İdmançılar həm də sülh elçiləridir. İstəyirik ki, öz statusunuzdan istifadə edərək, erməni işğalının aradan qaldırılması, regionda sülhün bərqərar olması üçün çalışasınız. Məqsədimiz bütün islam dünyasının Azərbaycanın haqq işinə dəstək verməsinə nail olmaqdır. İslam dünyası birlikdə bütün problemlərini həll etməyə qadirdir. Allah haqq yolunda olan hər kəsə kömək olsun! Amin!






 

 


  • Yazılıb
  • da (də) 2017 May 18
  • Göndərən مدير سايت Aran News