Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Məclisinin mayın 16-da keçirilən iclasında “Dini etiqad azadlığı haqqında” qanuna təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb və layihə səsə qoyularaq qəbul edilib.
Maide.az-Layihəyə əsasən, Qafqaz Müsəlmanları İdarəsi xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla İslam dininə aid ayin və mərasimlər aparmasına icazə verə bilər. Bununla QMİ-nə yeni səlahiyyət verilir. Yeni qanunla indiyə qədər olan tam qadağa məhdudiyyəti qismən də olsa yumşaldıldı.
Lakin yeni qanun müzakirəyə çıxarıldığı gündən qəbul edilən günə qədər ölkə ictimaiyyətini maraqlandıran ən mühüm məsələ bu idi ki, qanun layihəsinin yumşaldılmasına gedən Azərbaycan hökuməti bir neçə aydır namaz qıldığına və cümə xütbəsi söylədiyinə görə həbs edilən ölkənin nüfuzlu və dəyərli ruhanisi Şeyx Sərdar Hacıhəsənlini azadlığa buraxacaqmı?