15 nəfərin həlak olması ilə nəticələnən bina yanğınından 2 il keçdi.
Meydan Tv-19 mayda Azadlıq prospektində baş verən yanğından sonra bina təmir olundu və yenidən yaşayış başladı. Amma binaya qayıdan sakinlər həyatlarındakı əvvəlki rahatlığı bərpa edə bilməyiblər.Yanan bina ilə bağlı yarım ildən çox davam edən məhkəmə prosesində 8 nəfərə cəza kəsilib. Bu ilin yanvarında çıxarılan hökmlə binanı üzləmiş şirkətin rəhbəri Miryusif Mahmudova 8 il, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucova 3 il 6 ay həbs cəzası verilib. Binəqədi rayon icra hakimiyyətinin keçmiş işçiləri 4 il həbs cəzası alıblar.