Tarix : 2017 May 21
Kod 51739

Bakıda zavod partladı-1 ölü bir yaral

Bakıda zavodda partlayış hadisəsi baş verib.
Meydan tv-Hadisə dünən saat 14:00 radələrində paytaxtın Nərimanov rayonundakı Bakı Mexaniki Tökmə Zavodunda baş verib.
 Oksigen balonlarında baş verən qəfil partlayış nəticəsində xəsarət alan 1986-cı il təvəllüdlü Məmmədov Zamiq Qəhrəman oğlu dünyasını dəyişib, qardaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət işi başlanıb, araşdırma aparılır.
 Məlumata görə, ölən və xəsarət alan qardaşlar zavoda qaz balonlarını doldurmağa gəlibmiş. Həmin vaxt zavodda partlayış baş verib.






  • Yazılıb
  • da (də) 2017 May 21
  • Göndərən مدير سايت Aran News