Tarix : 2017 May 21
Kod 51741

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanında səfərdədir

Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ərəb-İslam-Amerika Sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanı Krallığına səfərə gəlib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Ər-Riyad şəhərinin "King Salman Air Base" aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi Səudiyyə Ərəbistanının yüksək səviyyəli rəsmi şəxsləri qarşıladılar.
  • Yazılıb
  • da (də) 2017 May 21
  • Göndərən مدير سايت Aran News