Tarix : 2017 May 22
Kod 51749

Ali-Xəlifə rejimi Şeyx İsa Qasimi 1 il həbsə məhkum etdi

Bəhreyn məhkəməsi Ayətullah İsa Qasimi 1 il həbs cəzasına məhkum edib.
AranNews – Redaksiyamızın Bəhreyn medialarına istinadla verdiyi xəbərə görə Ali-Xəlifə rejimi Bəhreyn inqilabının mənəvi lideri Şeyx İsa Qasimin qeyri-qanuni mühakiməsinin davamında onu bir il həbsə məkhum edib.
Məhkəmənin qərarına əsasən, Şeyx İsa Qasimin malının 3 milyon dinarını da müsadirə olunur. Bundan əlavə, min dinar cərimə də ödəməlidir. Qərara əsasən, hökm 3 ildən sonra icra oluna bilər. 
Qeyd edək ki, Bəhreyn inqilabının mənəvi lideri sayılan Şeyx İsa Qasim 1971-ci ildə Bəhreyn ölkəsi yaradıldıqdan sonra Nəcəfdən bu ölkəyə qayıtmışdır və səs çoxluğu ilə Milli Məclisin nümayəndəsi olmuşdur və onun ləğv edilməsinə qədər Milli Məclisin üzvü olmuşdur.
Bəhreyn Daxili İşlər Nazirliyi ötən ilin iyunun 20-də tanınmış şiə ruhanisini “öz vəzifəsindən istifadə edərək xarici maraqlara xidmət etmək və məzhəbi qarşıdurmaları qabartmaq”da ittiham edərək onun vətəndaşlığını ləğv etdi.
Bəhreyndə 2011-ci ilin yanvar ayından xalq etirazları başlamışdır və xalq Ali-Xəlifə rejiminin istefa verməsini, siyasi məhkumlara azadlıq tələb edir.






  • Yazılıb
  • da (də) 2017 May 22
  • Göndərən مدير سايت Aran News