Tarix : 2017 May 22
Kod 51750

Ayətullah İsa Qasimə oxunan hökmə kütləvi və rəsmi etirazlar davam edir

Bəhreyn rejimin məhkəməsi müctəhid Ayətullah İsa Qasimə bir il həbs cəzası, əmlaklarının müsadirə edilməsi və yerli valyuta ilə 100 min dinar cərimə hökmü çıxarıb
İslaminSesi.info xəbər verir ki Bəhreyn rejimi məhkəməsinin Ayətullah İsa Qasim haqda verdiyi hökmdən sonra ölkənin bütün şəhərlərini etiraz aksiyaları bürüyüb.

Hizbullah, “İslami Hərəkat Fraksiyası”, “14 Fevral Aliyansı”, dərhal bu hökmü pisləyiblər.

İranın Xarici İşlər Nazirliyi Şeyx İsa Qasim haqda çıxarılan hökmü kəskin şəkildə pisləyib.

İran parlamenti sədri Əli Laricaninin beynəlxalq məsələlər üzrə müşaviri Əmir Hüseyn Abdullahiyan Şeyx İsa Qasimin təkcə bəhreynlilərə deyil, bütün müsəlman dünyasının müctəhidi olduğunu deyib və sözügedən hökmü kəskin pisləyib.

Bəhreyn rejimin məhkəməsinin bu hökmündən sonra ölkənin bütün bölgələrini kütləvi etiraz aksiyaları bürüyüb.

Qeyd edək ki, Ayətullah İsa Qasim hazırda Bəhreynin əd-Dərraz rayonunda öz evindədir. Ayətullah İsa Qasimin tərəfdarlarının həmin qəsəbədə keçirdiyi aksiyalar səbəbindən rejim qüvvələri onu oğurlaya bilmirlər.







  • Yazılıb
  • da (də) 2017 May 22
  • Göndərən مدير سايت Aran News