Tarix : 2017 May 23
Kod 51754

Qazaxda jurnalist polis tərəfindən saxlanıldı

Nicat Əmiraslanov polisə müqavimətdə təqsirləndirilir
Nur-az:Qazaxda yaşayan jurnalist Nicat Əmiraslanov mayın 22-də axşam saatlarında saxlanılıb. Bu barədə onun yaxınları məlumat verib.
Hazırda Qazax rayon Polis Şöbəsində saxlanılan N.Əmiraslanovun mayın 23-də məhkəmə qarşısına çıxarılacağı bildirilir.
Yaxınları bildirib ki, o, polisə müqavimət göstərməkdə təqsirləndirilir.
Qazax rayon Polis Şöbəsindən Meydan TV-yə N.Əmiraslanovun saxlanıldığını təsdiqləsələr də, səbəbini deməyiblər.
N. Əmiraslanovun yaxınları onun saxlanma səbəbi kimi “Facebook” sosial şəbəkədəki paylaşımlarını göstərirlər.
N.Əmiraslanov müstəqil jurnalist kimi fəaliyyət göstərir.





  • Yazılıb
  • da (də) 2017 May 23
  • Göndərən مدير سايت Aran News