Tarix : 2017 May 23
Kod 51755

''İlqar azadlığa çıxmalıdır, başqa çarələri yoxdur''

3 ildir ki, Azərbaycan hökuməti Avropa Məhkəməsinin İlqar Məmmədovun azadlığa buraxılması ilə bağlı qərarını icra etmir.
Meydan tv-2014-cü ilin mayında Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasına dair qərar qəbul edib. Ancaq o, hələ də azadlığa buraxılmayıb. Xanımı Vəfa Məmmədova deyir ki, Azərbaycan hökuməti Ilqar Məmmədovu həbsdən azad etməkdən çəkinir.
İlqar Məmmədovun vəkili, həm də Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı monitorinq keçirən Xalıd Bağırov hökumətin bir neçə qərarı icra etmədiyini deyir.
Xalid Bağırovun sözlərinə görə, hökumət REAL sədri ilə bağlı qərarı icra etməsə, Avropa Şurasının səsvermə hüququndan məhrum edilə və qurumdan çıxarıla bilər.
Vəfa Məmmədova isə deyir ki, hökumət əvvəl-axır İlqar Məmmədovu azad etməyə məcbur olacaq.
İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.





  • Yazılıb
  • da (də) 2017 May 23
  • Göndərən مدير سايت Aran News