Deyirlər ki, Azərbaycanda sünnü-şiə qarşıdurması yoxdur… Düz deyirlər… Azərbaycanda sünnü qalıb ki qarşıdurma olsun?…
Truthngo-Ənənəvi sünnü məzhəbləri sadə xalq arasında sələfilər (vəhabilər) tərəfindən əzilib və “yeyilib”, ya da Türkiyənin nurçuları tərəfindən siyasiləşdirilərək Qərbyönümlü hala gətirililməklə “zərərsizləşdirilib”. Sadə sünnülər sələfiləşməyin, yəni vəhabiləşməyin qarşısına heçnə qoya bilməyiblər. Onlar zatən şiəliyinə elmi bəhslərdə məğlub olurdular. Ona görə də Azərbaycanda xarici və daxili qüvvələr eyni şiəlik kimi passionar olan sələfiliyi (vəhabiliyi) işə saldılar. Bu işdə Türkiyə və Səudiyyə Ərəbistanı iştirak etdi. Bu haqda Türkiyənin Milli Məclisinin millət vəkilləri də çıxış edib demişdilər. Çox maraqlıdır ki, Türkiyə ənənəvi sünnü məzhəblərinin dayaq ölkəsi olaraq bu sünnülərin sələfiləşməyinə heç mane olmayıb. Bəlkədə başa düşürdülər ki, onların məzhəbləri şiəliyin əzici pressinqinə tab gətirməyəck. Ona görə də vəhabiliyi işə saldılar.Amma burda passionar sələfilər ilk olaraq qalan sünnüləri əzib udmaqla məşqul oldular. Türkiyə bu işə mane olmadan ənənəvi sünnülüyə yox, pantürkizmə dəstək verdi. Eyni zamanda hakim və biznes dairələrində Türkiyəçiliklə, pantürkçülüklə yanaşı yumşaq sünnülüyün, nurçuluğun təbliğı ilə məşqul oldu və geniş şəbəkə formalaşdırdı. Türkiyədə minlərlərlə iqtisadçı, politoloq, hüquqşünas və hərbiçi yetişdirildi. Bununla belə Türkiyə Azərbaycanda elit təbəqə formalaşdırdı. Bu elit təbəqə həm Türkiyə sünnülüyünü, həm Türkiyəçiliyi, həm də pantürkçülüyü özündə ehtiva edir.
Aşağı təbəqələr də isə şiələrlə sələfilər qırğındadırlar. Ümumi strategiyaları belədir ki vəhabilər və pantürkçülər şiələri yorucu mübarizə ilə taqətdən salmalıdır, bunlar isə harda mümkün olur ora pantürkçülüklə girilər, harda mümkün olur sünnüçülüklə, nurçuluqla girirlər.
Nəticədə bizim, əzilmiş, kasıb, yiyəsiz şiələrin başı qarışıb vəhabilərlə, pantürkçülərlə qırğına, “ziddoş-vilayətçi” söhbətlərinə. Və mümkün də deyil ki bunu etməyəsən. Məcbursan müqavimət Truthngo - göstərməyə. Yəni plan belədir. Siyasi şiəliyn inkişaf etməməsi üçün nə etməli idilər ki? Düz yol seçiblər. Savadlı ruhaniləri ölkədən qovurblar, bir hissəsini basıblar içəri, bəzilərinə isə təbliğə “qanuni” və qeyri qanuni manelərlə qadağa qoyublar, bəzilərinə də deyirlər ki “flan, flan mövzulara toxunma…”. Onlar da minbərə çıxb dalay-dalay, nanay-nanay deyir… Bir tərəfdən də vəhabiliyi, o biri tərəfdən isə İslam düşmənlərinə qarşı xəkəndaz kimi leş olub küncdə qalan, amma mübariz şiələrə qarşı təkfirçiliyin pik həddində duran və alimlərə qarşı yırtıcılıq edən “ingilis şiəliyi”-ni işə salıblar. Beləlilklə əsl mübariz şiəlik Azərbaycanda rus demişkən “kruqovoy oboronadılar”, dairəvi müdafiədədir.
Bəs çıxış yolu nədir?
Çıxış yolu elə müqavimətdir… Müqavimət düşməni zəyiflədəcək. Təsir əkstəsirə bərabərdir. Bilin ki, sizin müqavimətiniz Allahın müqavimətidir. Əslində düşmənlə mübarizə şiələr üçün bir nemətdir, cənnətdir, axtardıqları yoldur. Bizi onlar düşmənlər yaradır, onlar zirvələrə ucaldır. Düşmənlə mübarizə Allaha doğru pillədir. Nəqəd ər düşmən güclü olsa, bir o qədər biz Allaha yaxın oluruq. Məgər hədəfimiz Allah deyilmi?
Allah deyir: “Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər”. (Quran, 47:7)
“İman gətirən, hicrət edən və Allah yolunda malları və canları ilə cihad edənlərin Allah yanında məqam və dərəcələri çox böyükdür və onlar həmin nicat tapanlardır”. (Quran, 9: 20)
Bizin işimiz müqavimətdir, vəzifəmiz müqavimətdir…
Bizim Allah kimi müttəfiqimiz var! Nəticəsini isə Allah verəcək!