Tarix : 2017 May 24
Kod 51762

Abbas Hüseynə nişanlısı ilə görüş verilmir

Nardaran məhbuslarından biri, 20 il azadlıqdan məhrum edilmiş Abbas Hüseynə nişanlısı ilə görüş imkanı verilmir.
Nur-az.com:Bu barədə Siyasi Məhbus Ailələrinin Koordinasiya Mərkəzinin rəhbəri, yazıçı Zümrüd Yağmur feysbuk səhifəsində məlumat yayıb.
Z.Yağmurun yazdığına görə, nişanlısının A.Hüseynlə görüşmək istəyinə artıq ikinci dəfədir “yox” deyilir. A.Hüseynin nişanlısı bu dəfə də həbsxanın qarşısından qayıtmalı olub. Onu yenə görüşə buraxmayıblar.
Yazıçı bunu anti-insani əməl kimi dəyərləndirərək, müvafiq orqanları bu maneəni aradan qaldırmağa çağırıb.



  • Yazılıb
  • da (də) 2017 May 24
  • Göndərən مدير سايت Aran News