Şərq Tərəfdaşlığı ölkələri sırasında satınalma sferasında ən aşağı şəffaflıq Azərbaycandadır.
Bu “Şəffaflıq Azərbaycan” təşkilatının Şərq Tərəfdaşlığı üzvləri – Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Moldova və Ukraynada dövlət satınalmaları sahəsində qanunvericiliyin və onun icra vəziyyəti ilə bağlı apardığı qiymətləndirilmənin nəticələrində qeyd edilib.Hesabata görə, bu sahədə Azərbaycan 100 ballıq şkala üzrə 50 bal toplayıb.
Ən təkmil qanunvericilik Ukrayna və Gürcüstana məxsusdur ki, həmin ölkələr 86 xal yığıb./azadliq/