Tarix : 2017 May 24
Kod 51771

Ərdoğan Türkiyənin xarici siyasətini dəyişdirmək ardıncadır

Türkiyə çox sakit və tədrici formada yeni siyasət qurmaq ardıncadır. Bu təlaş dövlətin gücündən deyil, əksinə, daxili və xarici əngəllər Ərdoğanı böhrandan çıxış yolu seçməyə, daxili durumu yaxşılaşdırmaq ardınca olmağa sövq etmişdir.
AranNews - Türkiyədə əsas prinsiplərindən biri budur ki, daxili hadisələr onun xarici siyasətinə və xarici siyasət onun daxili siyasətinə bərk təsir qoyur. Ona görə də Türkiyə bugünkü durum, o cümlədən kürd məsələsi və iqtisadi problemlər kimi daxili əngəllər Ankaranın regional siyasətdə çıxılmaz vəziyyətə düşməsindən qaynaqlanır. Kürd məsələsində zəifliyi Türkiyənin xarici siyasətdə qüdrət nümayiş etdirməsini zəiflətmişdir. Bir-biri ilə ilgili olan bu məsələlər Ankaranı düşdüyü sözügedən iki vəziyyətdən çıxmaq üçün yollar axtarmağa məcbur etmişdir. Hal-hazırda Türkiyə üçün ən önəmli məsələ regional böhranları idarə etmək və onun Türkiyəyə təsirlərini azaltmaqdır. Çünki bu təsirlər ölkəni iqtisadi və təhlükəsizlik problemləri ilə üzləşdirir, bu da Ərdoğan və hakim Ədalət və İnkişaf Partiyasının siyasi gələcəyi üçün qorxuludur.

Türkiyənin xarici siyasətinin bir qədər şəxsi olmasına və bu siyasətin başında Ərdoğanın özünün dayanmasına baxmayaraq, onun güclü sistem və quruluşuna diqqət etməklə ölkənin xarici siyasətini bütünlüklə Ərdoğana bağlamaq olmaz.

Onun peşəkar strukturu Türkiyənin Suriya münaqişəsində uğursuzluğunu, habelə, Avropanın Ankaranı bu birlikdə üzvlüyə qəbul etməməsini gördükdə yeni regional və beynəlxalq siyasət yaratmalı olduğunu anladı.

Bir sıra hadisələr bunu açıq-aydın göstərməkdədir. O cümlədən Suriya ilə bağlı siyasətlərində nisbətən mötədillik, Avropa Birliyindən uzaqlaşmaq, İran və Rusiyaya yaxınlaşmaq yeni siyasətin görünən üzüdür. İran və Rusiyadan uzaqlaşmaq Türkiyənin iqtisadiyyatına şiddətli təsir göstərir.

Sözügedən siyasi yanaşma ilə paralel olaraq Ankara beynəlxaql münasibətlərini genişləndirmək üçün yeni mənbələr ardıncadır. Fars körfəzi ölkələri ilə münasibətləri yaxşılaşdırmaq, Ərdoğanın Hindistan, Rusiya, Çin və bu yaxınlarda gözlənilən ABŞ səfərləri bunun nümunələridir. Türkiyə öz keçmiş təcrübəsindən faydalanmaqla digər ölkələrə mesaj vermək istəyir ki, Ankara xarici siyasət sahəsində çoxlu alternativ komponentlərə malikdir.

Ankara başa düşmüşdür ki, qabaqkı siyasətinə israr etmək və bir sıra xas ölkələrlə əməkdaşlıq onun milli maraqlarını təmin edə bilməz. Ankara rəsmiləri bu ölkənin bəzi separatçı bölgələrində Amerikanın şübhəli hərəkətlərini Türkiyə üçün təhlükəli hesab edir və onu öz maraqlarına təhdid kimi görürlər.

Ona görə də Türkiyə çox sakit və tədrici formada yeni siyasət qurmaq ardıncadır. Bu təlaş dövlətin gücündən deyil, əksinə, daxili və xarici əngəllər Ərdoğanı böhrandan qaçma yolu seçməyə, daxili durumu yaxşılaşdırmaq ardınca olmağa sövq etmişdir. Böhranı idarə etmək ilk mərhələdə Türkiyənin xərclərinin azalmasına, sonrakı addımda isə ölkə daxilində və region ölkələrin ümumi fikrində Ərdoğan dövlətinin qanuniliyini artıracaq.

Mənbə: Əl-Vəqt





 








    • Yazılıb
    • da (də) 2017 May 24
    • Göndərən مدير سايت Aran News