Tarix : 2017 May 27
Kod 51782

Bəhreyn dövləti şəhidlərin cənazəsini onların ailələrinə vermir

Bəhreyn mənbələri dövlətin Əd-Duraz məntəqəsində şəhid olanların cənazələrini onların ailələrinə vermək istəməməsini xəbər verir.
AranNews – Redaksiyamızın “Fars”a istinadla verdiyi xəbərə görə Əl-Hurə polis bölməsindən şəhid ailələrinə bildirib ki, Əd-Duraz məntəqəsində həlak olanların cənazəsi bu gün Əl-Mahuz qəbiristanlığında dəfn olunacaq.
Bu xəbərə əsasən, şəhid ailələri övladlarını şəriət yolu ilə dəfn etmək üçün öz şəri və ürfü haqlarından məhrum edilib. Əl-Mahuz qəbiristanlığı təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.
Ali-Xəlifə qüvvələri bir neçə gün bundan öncə Ayətullah İsa Qasimin yaşadığı Əd-Duraz məntəqəsinə hücum edərək, bir neçə nəfəri şəhid etdilər, onlarla insanı yaraladılar və təqribən 300 nəfəri həbs etdilər. 
Bəhreyn İnsan Hüquqları Cəmiyyəti bəyanat yayaraq şəhid ailələrinin öz haqlarından məhrum edilməsini pisləyib və bu məsələyə görə beynəlxlq dairələrin Bəhreyn hökumətinə təzyiq göstərmələrini istəyib.

  • Yazılıb
  • da (də) 2017 May 27
  • Göndərən مدير سايت Aran News