Tarix : 2017 May 27
Kod 51784

Sabiq müdafiə naziri Rəhim Qazıyev: Şuşa və Laçını yuxarıda oturanlar Verdi

Necə oldu ki, DTK generalının qurduğu rejimdə indiyə qədər xəyanətkar elementlər orduda qalırmış? Heydər Əliyevdən sonra oğlu İlham Əliyev 14 ilə yaxındır hakimiyyətdədir, bəs bu illərdə nə üçün bu xəyanətkarlar ifşa olunmurdu?
Badkubeh -Sabiq müdafiə naziri Rəhim Qazıyev Şuşa və Laçinin  yuxarıda oturanların  xəyanəti nəticəsində ermənilərə verildiyini bildirib.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev Azərbaycan Respublikasında bir qrup hərbçi şəxsin Ermənistana casusluq etməsi ilə bağlı dediklərinə münasibət bildirən  Rəhim Qazıyev Meydan TV-ə deyib: 
" Necə oldu ki, DTK generalının qurduğu rejimdə indiyə qədər xəyanətkar elementlər orduda qalırmış? Heydər Əliyevdən sonra oğlu İlham Əliyev 14 ilə yaxındır hakimiyyətdədir, bəs bu illərdə nə üçün bu xəyanətkarlar ifşa olunmurdu? Hər şeyi 80-90-cı illərə bağlayırlar, amma dahi adlandırdıqları Heydər Əliyev 1993-cü ildən respublikaya rəhbərlik edir. Nə üçün xəyanətkarlar hələ də qalırmış? Məntiqsiz danışanda ortaya suallar çıxır və bu suallar da bu adamların özlərini ifşa edir. Yaxşı olar ki, o dövrdə qaldırılan cinayət işləri yenidən təhqiq olunsun. Məsələn, mən Şuşa və Laçının işğalıyla bağlı istintaqın və məhkəmənin yenidən keçirilməsinin tərəfdarıyam. Əgər bu iş ədalətli araşdırılsa, xəyanəti yuxarıda oturanların etdiyi aşkarlanar.




  • Yazılıb
  • da (də) 2017 May 27
  • Göndərən مدير سايت Aran News