Tarix : 2017 May 27
Kod 51785

Məhəmmədəmin Rəsulzadə: Azərbaycan musiqisinin təməli İranın əsil musiqisinin üzərində qoyulmuşdur

Qafqasiya Azərbaycanı İrandan aldığı borcu mümkün olduğu qədər iadə etməgə dəxi çalışmışdır ! Musiqimiz kəndinə məxsus bir xüsusiyyəti mühafizə elə- məklə bərabər əsas etibarilə İran musiqisidir. Böylə ikən opera və operettalarımız vasitəsilə biz bu xüsusda dəxi müqabil bir təsir yapmaqla borcumuzu verməkdəyiz”.
Badkubeh -Sonralar Azərbaycan Cümhuriyyəti adı verilən Şərqi Zaqafqaziyanın Prezidenti və Müsavat partiyasının başqanı Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə ovaxtkı İran mətbuatı ilə müzakirə formasında “ İran və biz” adlı müfəssəl məqlələr yazmışdır. İranın şimal əyalətlərindən birinin adının Müsavatçılar tərəfindən ölkələri üçün seçilməsindən dolayı İranın ictimai rəyində meydana çıxan qəzəbi təskinləşdirmək məqsədi güdən bu məqlələr Müsavatçıların sonununcu təlaşı hesab edilirdi.
Ən sonunda İran bu ölkəni rəsmi tanımadı və ondan bir il sonra isə Bolşivik qüvvələri Gəncəyə və Bakıya daxil oldu və ötəri olan Azərbaycan Cümhuriyyəti süquta uğrayaraq, onun adı 1937-ci ilə qədər tarixin arxivində qaldı.
Rəsulzadə sozügedən məqalələrdə şərqi Zaqafqaziyanın müsəlman xalqının İran mədəniyyəti ilə sarsılmaz bağlılığı barədə əhəmiyyətli məqamlara toxunmuşdur. O cümlədən, İran ədəbiyyatının bu regiondakı böyük təsirindən söz açaraq, Nizami Gəncəvi, Xaqani və Məhsəti Gəncəvi kimi iranlı şairlərin adını çəkir və bu regionun əhalisinin adı çəkilən həmin “iranlı” şairlərinə böyük hörmət bəslədiyini vurğulayırdı. O şairlər ki, bügün Bakı hakimiyyəti tərəfindən müsadirə edilmiş və orada-burada azərbaycanlı və türkdilli şairlər kimi gündəmə gətirilərək, onların iranlı olduqları inkar edilir.
Rəsulzadənin digər vurğuladığı məsələ Azərbaycan musiqisi ilə əlaqədardır. O, “İran və biz” məqaləsinin bir hissəsində qeyd etmişdir ki, Azərbaycan musiqisinin təməli İranın əsil musiqisinin üzərində qoyulmuşdur.   
Aşağıda “İran və biz” məqaləsinin bəzi hissələrini təqdim edirik və araşdırmacılar, eləcə də marağı olanlar İran milliyyətçiləri ilə Bakı mətbuatı arasında gedən mübahisələrlə tanış olmaq üçün “Azərbaycan dər mocxiz-e tarix” kitabına (“Azərbaycan tarixin dalğalanma nöqtəsində”, İran millətçiləri ilə Bakı qəzetlərinin Aran adının Azərbaycana dəyişdirilməsi haqqında müzakirələrinə baxış- 1296-1298 günəş ili), baxa bilər.    
“Hər halda, bu məsələ qəti və şübhəsizdir ki, İran siyasilərinin nöqteyi nəzərindən, Araz nəhri şimalında olan azərbaycanlıların təşkil elədikləri müstəqil bir hökuməti-islamiyyənin paydar olması İranın mənafeindəndir... üstəlik bizim Cümhuriyyətizlə İran şahənşahlığı arasında ədəbi və üsuli tərbiyə cəhətdən bir yaxınlıq və münasibət mövcuddur. Ədəbiyyatımız, ədiblərimiz, şairlərimiz, mühərrirlərimiz - bilxassə əski məktəbdən yetişənləri - İran feyzi ilə pərvəriş bulmuşlardır. Firdovsi, Sədi, Hafiz, Ömər Xəyyam, Molla Rumi və sair İran səramədani-süxəni bizimkilər tərəfindən adətən bənimsənilmişlərdir. İçərimizdə İran üsuli tərbiyə almışlarımız, fars ədəbiyyatı ilə aşina mürafiələrimiz az degildir. Hələ Nizami, Xaqani, Məhsəti kibi İran ədəbiyyati-qədiməsinin axırki dövrəsinə adlı şairlər yetişdirməklə də iftixar edəriz…
Qafqasiya Azərbaycanı İrandan aldığı borcu mümkün olduğu qədər iadə etməgə dəxi çalışmışdır !
Musiqimiz kəndinə məxsus bir xüsusiyyəti mühafizə elə- məklə bərabər əsas etibarilə İran musiqisidir. Böylə ikən opera və operettalarımız vasitəsilə biz bu xüsusda dəxi müqabil bir təsir yapmaqla borcumuzu verməkdəyiz”.





  • Yazılıb
  • da (də) 2017 May 27
  • Göndərən مدير سايت Aran News