“Azərbaycan Respublikasında şiəliyin siyasi, mədəni və ictimai tarixi” kitabı çapdan çıxıb. Kitabın müəllifləri Seyid Məsud Şahmuradi və Əsğər Müntəzirülqaimdir. 222 səhifədən ibarət olan kitab Hövzə və Universitet Nəşriyyatı tərəfindən çap edilmişdir.
Redaksiyamızın “Hövzə” xəbər agentliyə istinadla verdiyi məlumata görə, kitab haqqında açıqlama verən müəlliflər bildiriblər ki, araşdırma İslam və şiəliyin Azərbaycana daxil olduğu birinci və ikinci hicri-qəməri əsrlərdən başlayır və onuncu hicri əsrinin əvvəllərində Səfəvilər dövlətinin yaranması ilə bitir.
Azərbaycanda şiəliyin tarixini iki fərqli dövrlərə ayırmaq olar: Birinci dövr h.q. birinci əsrdə şiə anlamının Azərbaycana gəlişindən h.q. yeddinci əsrin ortalarında monqolların hücumuna qədər olan zamanı əhatə edir. Bu dövrü “Azərbaycanda şiəliyin pərakəndə və ardıcıl olmayan genişlənmə dövrü” adlandırma olar. Bu dövrdə şiələyin Azərbaycanda fəaliyyətinin olmasına baxmayaraq şiə məzhəbi xalq arasında ümumi olaraq elə də yayılmamışdı.
İkinci dövr monqolların hücumundan h.q. onuncu əsrin əvvəllərində Səfəvi dövlətinin yarandığı dövrə qədər olan bir zamana şamil olur. İkinci dövrü “Azərbaycanda şiəliyin birləşik və davamlı dövrü” adlandırmaq olar. Bu dövrdə şiəlik çox rövnəqləndi. Bunun əsas səbəbləri Azərbaycana hakim dövlətlərin şiəliyə meyli və diqqəti, həmçinin şiə anlamlı sufizmin bu ərazidə yayılması olmuşdur.
“Azərbaycan Respublikasında şiəliyin siyasi, mədəni və ictimai tarixi” kitabı altı fəsildən ibarətdir. Birinci fəsil külliyyat və terminlər, ikinci fəsil h.q. birinci və ikinci əsrlər və İslamın Azərbaycana gəlişindən söz açır. Üçüncü fəsil h.q. üçüncü və dövrüncü əsrlərdə Azərbaycanda şiəlik mövzularına toxunur. Dördüncü fəsil h.q. beş, yeddi və səkkizinci əsrlərdə Azərbaycanda şiəliyin durumunu araşdırır. Altıncı fəsildə isə h.q. səkkizinci əsrdən onuncu əsrə qədər olan zaman müddətində şiəliyin Azərbaycanda yayılması və möhkəmlənməsindən söz açır.
Qeyd edək ki, kitabın qiyməti 10500 tümən, təqribən 3 manat civarındadır./qafqaz.ir/az/