Ümumuyyətlə İranın Azərbaycanda casusa ehtiyacı varmı? sağlam şüurlu insanlar təbii surətdə dərk edirlər ki, İranın Azərbaycanda qətiyyən belə bir şeyə ehtiyacı yoxdur.Amma nədənsə Amerika kim Azərbaycandan daha güclü İran düşmənləri heç vaxt Azərbaycan Respublikası qədər İran casusuc həbs etməyiblər.
Badkubeh -Araz Rüstəmzadə: Bütün dünya müsəlmanları kimi əhalisinin mütləq əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycan xalqı da məscidləri müqəddəs məkan hesab edərək xüsusi hörmətlə yanaşırlar.Bakıda yaşadığım müddətədə buna şahid olmuşam.Lakin son illərdə müsəlman Azərbaycan Respublikasında məscid və mədrəsələrə ümumiyyətlə müsəlmanlara qarşı qərəzli siyasət yürüdülür.Misal üçün, əhalisinin əksəriyyətini şiə müsəlmanlar təşkil edən ölkədə bütün tanınmış şiə mədrəsələri bağlanıb, şiə ruhaniləri şərlənərək həbs edilib, hicablı şagirdlər daima təhsil problemi ilə üzləşirlər, bir neçə məscidin dağıdılıb, namaz qıldığı üçün işdən qovulma halları və bir çox bu kimi haqsızlıqları qeyd etmək olar.
Son günlərdə sovetskidəki tarixi Hacı Cavad məscidinin sökülmə cəhdləri və dindar Azərbaycan vətəndaşları tərəfindən bu məsələyə etiraz bir daha ölkədə dindarlara qarşı qərəzli siyasətin davam etdiyini göstərir. Yaranmış vəziyyətdən narahat olduğunu bildirən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ysamal rayonu Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ətrafında yaranmış vəziyyəti araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib.Buna baxmayaraq Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkənin dindar vətəndaşları və Hacı Cavad məscidinin ünvanına təhqiramiz sözlər işlədib. Həsənov bu dəfə də bəzi məmurlar kimi problemləri həll etmək əvəzinə İrana böhtan ataraq həmişə olduğu kimi əsassız olaraq qonşu ölkəni ittiham edib. O, Dndarları təlimatlandıraraq mitinqə gətirilmiş şəxslər, məscidi isə özü demişkən yondəmsiz tikili adlandırıb (bu sözdən Allaha pənah aparıram) Hətta qeyri müsəlman ölkəsində prezident köməkçisi nə məscidə nə də kilsəyə yöndəmsiz tikili deməyib.Görəsən nə üçün Əli Həsənov öz həmvətənlərinə və ölkə vətəndaşlarına İran casusu kimi məntiqsiz böhtan atır? Ümumuyyətlə İranın Azərbaycanda casusa ehtiyacı varmı? sağlam şüurlu insanlar təbii surətdə dərk edirlər ki, İranın Azərbaycanda qətiyyən belə bir şeyə ehtiyacı yoxdur.Amma nədənsə Amerika kim Azərbaycandan daha güclü İran düşmənləri heç vaxt Azərbaycan Respublikası qədər İran casusuc həbs etməyiblər.
Ümumiyyətlə xatırlatmaq lazımdır ki, Azərbaycan xalqının müstəqillik əldə etməkdən əsas məqsədlərindən biri məhz dini sahədə lazımi azadlıq əldə etmək idi.Dediklərimizə sübut olaraq bir çox məşhur dindarların azadlıq hərəkatında iştirakı və azərbaycanlıların əllərində rəhmətlik İmam Xomeyninin şəkillərini tutaraq İran sərhədinə tərəf səmimi şəkildə hərəkət etmələrini qeyd etmək olar. Deməli yaranmış problemlərdə İranın heç bir rolu yoxdur və problemin mənşəi hakimiyyətin müsəlmanlara xüsusi ilə şiələrə qarşı tutduğu qərəzli mövqedir