Ermənistanda daxili dəyişikliklər və Rusiyanın Qarabağ münaqişəsinə ikili yanaşması sülh üçün ən az şansı belə qaçırır. Ona görə də Azərbaycan Respublikası üçün mövcud alternativ yalnız havaların istiləşməsi ilə yaranan münasib şəraitdən istifadə edərək işğalçılığa qarşı geniş miqyaslı müharibə başlamaqdır.
Nur-az.com:İşğal edilmiş ərazilərdə Ermənistanın zenit-raket kompleksinin məhv edilməsi Minsk qrupunun üzvləri üçün o qədər də təəccüblü olmamalıdır. Çünki onlar həmişə Azərbaycan və Ermənistan arasında tarazlıq yaratmağa təlaş etsələr də bu dəfə Ermənistanın tərəfini saxlamaqla tərəzinin gözünü çox ağırlaşdırıblar.Başqa sözlə, işğalçı tərəf deyil, Azərbaycan tərəfi məhkum edildi və bu məsələ erməniləri sevindirdi. Üstəlik, Minsk qrupu indiyə kimi bir dəfə də olsun Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanımamışdır, Qarabağ münaqişəsinin həlli üçün Qarabağ ətrafında işğal edilmiş şəhərlərin azad edilməsi şərtinə təkid etməmişdir. Məsələn, Laçının işğal edilməsi günü ilə bağlı Minsk qrupunun verdiyi bəyanatda bu mövzuya toxunulmur.
Artıq neçənci dəfədir ki, Minsk qrupu başçıları Qarabağ münaqişəsinin çözülməsindən ümidini üzmüş Azərbaycanın öz qanuni haqqından istifadə edərək Ermənistanın hərbi təchizatını məhv etməsindən öz narahatlıqlarını bildiriblər. Bu məsələ göstərir ki, Minsk qrupu mövcud vəziyyəti həll etmək əzmində deyil və belə bir iradəsi də yoxdur.
Qarabağ münaqişəsində Rusiyanın mövqei də Ermənistanın xeyrinədir. Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova dolayısı ilə Azərbaycan ordusunun Ermənistanın zenit-raket kompleksini məhv etməsini pislədi. M. Zaxarova Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsinə Azərbaycan dövlətinin etirazını da qınadı və bu məsələ Rusiyanın İrəvanı dəstəkləməsinin açıq-aydın mesajı idi.
Bütün bu hadisələr göstərir ki, nə Rusiya, nə də Minsk qrupunun digər üzvləri Azərbaycan Respublikasını qane etmək və Qarabağ münaqişəsini həll etmək əzmində deyil. Bu qəbil mövqelər Ermənistanı qeyri-konstruktiv mövqe tutmağa daha da tamahlandırır. Yeni dövlət başında Sarkisyanın Qarabağın əhalisinin öz talelərini həll etməsi barədə çıxışı bunun bir nümunəsidir.
Belə bir durumda işğal edilmiş əraziləri azad etmək üçün Azərbaycanın hərbi yoldan başqa bir çıxış yolu qalmır. Görəsən, Ermənistan öz xəstə iqtisadiyyatı və əsgər toplamağa gücü olmayan ordusu ilə bu dəfə işğalçıqda uğur qazana bilərmi?