Xəbər Lenti

İlham Əliyev Fələstin Prezidenti Mahmud Abbasa məktub göndərdi

Seçkilərin ikinci turu 28 Noyabrda keçriləcək

Əl-Husi: Artıq dünya kimin sülhə qarşı olduğunu bilməlidir

İsrailin Qəzzaya hücumu Səudiyyənin sifarişi olub

Suriya prezidenti Suveydada azad olan druz girovlarla görüşüb

Gözəl Bayramlının cəzası azaldılıb

''Həbs olunan 4 MAXE-ni zorlayıb, işgəncə veriblər''

Gürcüstanda prezident seçkilərinin ikinci turunun tarixi açıqlandı

İran və Azərbaycan arasında Karnetir gömrük layihəsi icra edilir

Gürcüstanın Azərbaycana borcu açıqlandı

Türkiyədə İsrail əlehyinə aksiya keçirilib - FOTO

Nemət Pənahlı azadlığa çıxdı

Həmas: Əgər Netanyahu hücumları dayandırmağımızı istəyirsə

Əl-Husi: ABŞ-ın sülh çağırışları gözdən pərdə asmaqdır

İraq rəsmisi:"Sanksiyalara baxmayaraq, İranla ticarət artıb"

"Beynəlxalq ictimaiyyət İsrailə qarşı hərəkətə keçməlidir"- Türkiyə rəsmisi

Həmsədrlər Azərbaycan-R və Ermənistan XİN başçılarına Milanda görüşməyi təklif edib

Avropa Məhkəməsi Əvəz Zeynalı ilə bağlı şikayəti araşdırır

Həbsdə olan inanclı insanların problemləri müzakirə edildi - FOTO

Paşinyanın rəqibi bəlli oldu – Sərkisyanın partiyası namizədini açıqladı

Azərbaycan və İran tibb universitetləri arasında əməkdaşlıq yolları müzakirə edilib

Prokuror Aslan İsmayılova iki il islah işləri və pul cəzası istədi

Seyid Həsən Nəsrullah: “Kaşıkçının ölümündən şok olan dünya, Yəmənə biganədir

“Həşdi-Şaabi”: İraq-Suriya sərhədlərində bütün gücümüzlə varıq

Yəməndə son 48 saata 180 səudiyyəli əsgər məhv edilib

Azərbaycan-R XİN Nikol Paşinyana cavab verib

Azərbaycan Respublikasından olan vətənpərvər bir gənc Gürcüstanda həbs olunub

İstanbulda Yəmənə görə Səudiyyəyə qarşı etiraz aksiyası keçirilib (FOTO

Nardaran məhbusunun atası: “Heç əsirlikdə olanla belə davranmırlar” Featured

Ermənistanın sabiq müdafiə naziri Bakıya iki dəfə zəng edib

İsrail 8 yaşlı fələstinli uşağı həbs etdi

Hikmət Hacıyev: Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması

Səud qəbiləsi və sionist rejimi arasında gizli hərbi əməkdaşlıq

Yəmənin müdafiə naziri: Təcavüzkarlar qərb sahilində məğlubiyyətə uğrayıblar

Mirtağı Əsədov Azərbaycanda saxlanıb

Ərdoğan: "Ər-Riyad Camal Qaşıqçının qatilinin adını bilir"

Bakı beynəlxalq qətnamələrin pozulmasının təsirləri barədə xəbərdarlıq edib

Azərbaycanlı vətənpərvər gənc Facebook da yazdığı statusa görə həbs edildi

Gürcüstan Müsəlmanları İdarəsi son 5 ilin hesabatını təqdim etdi

ABŞ generalı Əfqanıstandakı Azərbaycan sülhməramlıları barədə danışıb

Arxiv
 
Tarix : 2017 may 29     |     Kod : 51807

İran Qarabağ müharibəsinin ilk günlərindən Azərbaycana silahla, canlı qüvvə ilə, yardım edirdi

Azərbaycan hakimiyyəti dünyanın məşhur idman oyunlarına ev sahibiliyi etməsi ilə öyündüyü bir vaxtda 75 yaşlı qarı əlindəki süpürgə ilə paytaxt Bakının mərkəzi küçələrindəki yağışın suyunu ölüm-zülümlə süpürür.

Rəsmi Bakı ağlasığmaz məbləğləri neçə-neçə idman oyunlarına ev sahibliyi etmək üçün göyə sovurduğu bir vaxtda bəlli olur ki, talassemiya xəstəliyinin yayılma tezliyinə görə Azərbaycan Rusiyadan öndədir.
Vetenugrunda.az saytı tanınmış politoloq, şərqşünas alim Zərdüşt Əlizadədədən müsahibə alıb. Bu maraqlı müsahubəni əziz oxucularımıza təqdim edirik:
İlk sualımız da elə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları ilə bağlı oldu. Bəli, paytaxtımız növbəti idman oyununa milyonları xərclədi bəs qazanan kim oldu?
-İslam ölkələrinin həmrəyliyi şərəfinə təşkil edilən idman oyunları ideya baxımından çox cazibədar və önəmlidir. Çünki islam ölkələrinin həmrəyliyə ehtiyacı var. Bu gün islam ölkələri bir-biri ilə vuruşur. Ərəb ölkələrinin rəhbərləri öldürülür, ölkələri parçalanır və müsəlman dünyası əlini açıb dünya güclərindən sədəqə diləyir.
Fələstin işğal altındadır, Liviya, Suriya, İraqda insanlar terrorla öldürülür, torpaqları parçalanır.
Amma bütün hallarda böyük maliyyə tələb edən islam həmrəylik oyunlarının Azərbaycanda keçirilməsi alqışlanası deyil. Çünki Azərbaycanın sənayesi, iqtisadi durumu çox ağır vəziyyətdədir.
-Bəziləri iddia edir ki, belə oyunları keçirməklə Azərbaycanda turizm sahəsini inkişaf etdirirlər.
-200 milyon xərcləyib, bir-neçə milyon qazanmaqla turizimi inkişaf etdirmək olmaz.
Ölkədə turizimi inkişaf etdirməkdən ötrü birinci növbədə, qiymətlərin ucuzluğu vacibdir. Türkiyədə və ya Gürcüstanda turizmin inkişafına da bu ucuzluq əsas rol oynayır.
Eyni zamanda Azərbaycanda inhisarlar imkan vermir ki, turizm sahəsində rəqabət güclənsin. Hamı yaxşı bilir ki, Azərbaycan bir-neçə oliqarxın arasında bölünüb. Onlar da yalnız və yalnız yüksək gəlir haqqında düşünürlər bu yüksək gəliri də bahalı qiymətlər hesabına əldə etmək istəyirlər. Buna görə də Azərbaycanda turizm yaxın vaxtlarda inkişaf etmiyəcək.
-İslam həmrəyliyi oyunlarının keçirildiyi ölkəmizdə dindarlar günahı olmadan həbs edilir. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən “Nardaran işi” prosesində iştirak edənlər də görür ki, ortaya konkret dəlil qoymadan dindarları ittiham edirlər. Çox gülünc məhkəmə prosesi keçirilir. Dindarların üstünə böhtan atıb 20 il həbs cəzası verirlər.
-Azərbaycanda hər şey məzhəkədir. Azərbaycanın müstəqilliyi də məzhəkədir. Prezidentimiz tez-tez çıxışlarında deyir ki, Azərbaycan qüdrətli dövlətdir, qüdrətli ordusu var. Ermənilər 20-ildən çoxdur torpaqlarımızı alıb, biz də dilənçi kimi düşüb böyük ölkələrə yalvarırıq ki, erməniləri çıxardın torpaqlarımızdan. Əgər qüdrətli orudumuz varsa, emənilərdən torpaqlarımızı niyə geri almırıq?
Azərbaycan kimi kiçik ölkələrdə müstəqillik olmur. Kiçik dövlətlər hər zaman böyük dövlətlərdən asılı olub. Aslılığın həcmi var, bir də ləyaqəti. Elə Avropa dövlətləri var ki, onlar balaca dövlətlərdi, buna baxmayaraq, Avropa Birliyində veto hüququna malikdirlər. Onların nüfuzu var. Biz adımızı qoymuşuq qoşulmamış, bitərəf, asılı olmayan ölkə. Əslində Azərbaycan İrandan da, Türkiydən də, Rusiyadan da, Fransadan da aslıdır. Ən əsası isə beynəlxalq maliyyə oliqarxiyasından aslıyıq. Çünki bizim dövlətin başçılarının bütün pulları Qərbdədir. Öz övladlarının da gələcəyini Azərbaycanla deyil, Qərblə bağlayıblar.
Bu baxımdan bizim hakimiyyətimiz məhz Qərbə xoş gəlmək və xalqı itaətdə saxlamaq üçün inanclı insanları əzirlər, həbs edirlər, təqib edirlər. Amma dövlət başçıları həcc ziyarətinə gedirlər, dua edirlər.
-Aprel döyüşlərindən sonra bəlli oldu ki, ordumuzda ermənilərə cəsusluq edən xeyli hərbiçimiz var imiş. Bu barədə ölkənin 2 rəsmi qrumu da açıqlama verdi.
Artıq vətənə xəyanətdə ittiham edilən beşinci hərbiçini də xəlvətcə evdən aparıb, öldürüb və gətirib xəlvətcə məzarlıqdan kənarda dəfn ediblər. Bu adamları öldürməzdən öncə dəhşətli işgəncə verildiyi deyilir. Əslində vətənə xəyanət edənlərin açıq məhkəmə keçirilmədən xəlvəti öldürülməsi qanuni baxımdan nə dərəcədə düzgündür?
-Azərbaycan Konstitutsiyasında yazılıb ki, heç bir kəs məhkəmənin qüvvəyə minmiş hökmü olmadan müqəssir sayıla bilməz. Bu hüquqi dövlətin əlifbasıdır. Əgər hər hansı şəxslə bu şəkildə rəftar edilmirsə, deməli dövlət yoxdur. Məhkəmənin hökmü olmadan bir vətəndaşı döyüb öldürürlərsə, deməli bu dövlət deyil, cinayət yuvasıdır.
Deməli, Hacı Məmmədov məhkəmənin qərarı olmadan insanları öldürürdü, o, qatil idi. Məhkəmənin qərarı olmadan vətəndaşı öldürən dövlət də gəlib Hacı Məmmədovun səviyyəsinə enir. Əgər həqiqətən də vətənə xəyanət ediblərsə o zaman açıq məhkəmə keçirilsin, kim istəsə gəlib otursun, izləsin, xalq da nümunə götürsün. Hətta 37-ci ildə belə məhkəmələr keçirilirdi, xaricdən jurnalistlər gəlib iştirak edirdi. Böyük hay-küylü məhkəmələr gedirdi. Yüksək vəzifəli şəxslər, inqilabın başında duranlar ittiham edilirdi. Amma bu xəlvəti olmurdu.
-Beyləqanda kənd camaatı vətənə xəyanətdə ittiham edilən həmkəndlilərinin kənd qəbirstanlığında dəfn edilməsinə etiraz ediblər. Cəmiyyətin kor-koranə belə amansız qərar verməsi nəyin nəticəsidir?
-Heç vaxt bizdə hökumət cəmiyyətlə hesablaşmayıb. Çünki hökumət nə deyibsə, cəmiyyət də onu təsdiqləyib. Bir nümunə çəkim. Jurnalistlər Qarabağla sərhəd kəndlərindən birində müsahibə götürür. Kənd sakini ermənini söyür, işğalçı adlandırır. Qəfil jurnalist bu adama sual verir ki, bəs ermənilər birgə yaşamağa hazır olsalar, o zaman necə yanaşarsız? Bayaq ermənini söyən adam deyir ki, cənab prezident, ali baş komandan nə desə biz onu da etməliyik. Yəni bizdə insanların nifrəti də, sevgisi də yuxarıdan idarə olunur. Əgər “filankəsi burada basdırmağa icazə vermirik” deyən kənd camaatına biri yuxarıdan gəlib desə ki, bu hökumətin qanunudur, bu adam burada dəfn olunmalıdır o zaman hamı susacaq.
– Keçmiş müdafiə naziri Rəhim Qazıyev müsahibələrindən birində deyir ki, 11 il Azərbaycanın müdafiə naziri vəzifəsini tutan Səfər Əbiyev 100 əsgəri, 12 tankı düşmənin qabağında atıb qaçdıqdan sonra Bakıya gəlib müdafiə naziri oldu. Maraqlıdır, necə olur ki, 100 əsgəri qırğına verən Səfər Əbiyev bu əməlindən sonra nazir olur, amma hansısa zabit vətənə xəyanətdə ittiham olunur, gecəynən qəil evindən aparılır və xəlvətcə öldürüb, xəlvətcə dəfn edirlər?
-Əslində vətənə xəyanət edənlər cəzalandırılmır Azərbaycanda. Sənin vətənin işğal altındadır, amma məmurlar ərəb əmirləri kimi yaşayır, üstəlik, “Şöhrət” ordeni d alırlar.
Qırmızıbazar əməliyyatında yüzlərlə Azərbaycan əsgəri şəhid edildi, amma bu gün də bu əməliyyatın səsi çıxmır, Daşaltı əməliyyatında 36 əsgərimiz şəhid edildi elə haray-həşir saldılar ki. Çünki bütün bunlar böyüklərin oyunudur.
Bişkek protokolundan sonra bəlli oldu ki, Qarabağ münaqişəsi 14 min azərbaycanlının həyatına son qoyub. Topaqlarımızı işğal edən ermənilər isə 6 min itki veriblər. Amma bu 14 mini xatırlayan yoxdur, 36 nəfərdən yapışıblar. Çünki hakimiyyət naminə hər cür alçaqlığa əl atırlar.
-ABŞ prezidenti Səudiyyə Ərəbistanında səfərdə olduğu bir vaxtda Səudiyyə kralı 55 ölkənin başçılarını ətrafına topladı. Eləcə də Azərbaycan prezidenti bu görüşdə iştirak etdi.
-Əslində Səudiyyə Ərəbistanının kralı özünü Trampa göstərmək üçün 55 ölkənin başçılarını toplamışdı ki, yəni mən təkcə Səudiyyənin kralı deyiləm, eyni zamanda bunlar da mənim vassallarımdı, bunlar da mənə beyət edir.
-Səudiyyə Ərəbistanı ilə hökumətimizin arasındakı münasibətlərin artmaqda olan inkişafı Azərbaycana nə verə bilər, bu inkişaf bizim üçün nə dərəcədə faydalıdır?
-Səudiyyə Ərəbistanı dünyada vəhabi müsəlmanlarının başçısıdır. Məsələn, vəhabiləri qısqırda bilər hansısa dövlətə qarşı, terroru orda rəva görə bilər. Azərbaycanda terroru qadağan edə bilər. Eyni zamanda biznes maraqları var.
1992- ci illərin əvvəlində İslam Təşkilatı Ölkələri İranın təklifi ilə Ermənistanı təcəvüzkar dövlət elan etmişdi. O zaman Səudiyyə Ərəbistanı bu bəyanatda iştirak etməmişdi.
-Amma bizim media iddia edir ki, İran Ermənistan münasibətləri nə qədər sıx olsa da Səudiyyə Ermənistan münasibətləri çox soyuqdur və Səud rejiminin bu soyuqluğu məhz Azərbaycana görədir.
-Mühüm olan və olmayan amillər var. Ermənistan Qarabağı işğal edəndə ona Səudiyyənin və ya Pakistanın onu tanımaması məgər mane olurdu? Yox. Ermənistan o dövürki Azəbaycan hakimiyyətinin və Rusiyanın hesabına Qarabağı işğal edib. Ermənistan Səudiyyədən aslı deyil. Çünki Ermənistanda 5 min həbrbiçinin olduğu Rusiya ordusu var, sərhədlərini Rusiya qoruyur, ordusuna Rusiya nəzarət edir. Eyni zamanda xarici siyasətini də Rusiya təyin edir. Yəni Səudiyyənin onu tanıyıb tanımaması önəmli deyil.
Bütün bunlar xalqı aldatmaq üçün uydurulmuş cəfəngiyyatdır.
İran Azərbaycana Qarabağ müharibəsinin ilk günlərindən silahla, canlı qüvvə ilə, yardım edirdi. Eyni zamanda siyasi cəhətdən kömək edirdi. Amma İran gördü ki, Azərbaycan hökuməti xalqı, torpağı, islamı deyil cibini düşünür, üstəlik, Qərbə xoş gəlmək üçün İranı pisləyir. İran da buna görə gedib Ermənistanla normal iqtisadi ticari münasibətlər qurdu. Elə münasibətlər qurdu ki, Ermənistanın ağır günlərində Ter Petrosyan demişdi ki, İran bizim üçün bir nəfəslikdir. Bunun isə səbəbi Əbülfəz Elçibəylə, Heydər Əliyevin apardığı anti İran siyasəti idi. Biz İranın bizim hökumətin şıltaqlıqlarına sonsuza qədər dözəcəyini gözləyirdik. Bu mümkün deyil.
Məsələn, Azərbaycanın İranda vaxtilə səfiri olmuş, mərhum Əliyar Səfərli orada viza və mebel alveri ilə məşğul olurdu. Digər səfir Nəsib Nəsibli isə İranda inqılab etmək istəyirdi. Azərbaycan hökuməti qəsdən İrana elə adamları səfir təyin edir ki, münasibətlər korlansın.
 Arzu Abdulla






Yazılıb da (də)   2017 may 29  Saat  09   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin