Tarix : 2017 May 29
Kod 51808

Azərbaycanda Quran kursları qadağası

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Quran kursları ilə bağlı qadağalar tətbiq edib.
Truthngo.org-Komitə sədri qadağaların tətbiq edilməsini belə əsaslandırıb: “Quran kursları yalnız məscidlər daxilində olmalıdır və Qafqaz Müsəlmanları İdarəsindən rəsmi icazə alınmalıdır. Evlərdə Quran kursları təşkil etmək olmaz”.
M.Qurbanlı qeyd edib ki, QMİ-dən icazəsiz Quran kursları açan insanlar qanunla üz-üzə qalacaqlar: “Bu baxımdan rəsmi icazə olmadan Quran kursu təşkil etmək qətiyyən yolverilməzdir. Hər kəs, xüsusilə dindarlar diqqətli olmalıdırlar”.
Azərbaycan 2011-ci ildən etibarən radikal vəhhabi şəbəkəsi ilə mübarizə yerinə, bütövlükdə dindar kəsimə və əsl dindarlra qarşı sərt basqılar və yasaqlar tətbiq etməyi gücləndirib. Qanunlarda isə bu addım “radikkalıqla mübarizə” adı ilə həyata keçirilir.







  • Yazılıb
  • da (də) 2017 May 29
  • Göndərən مدير سايت Aran News