Türkiyə Atatürk Universitetinin fars ədəbiyyatı qrupunun direktoru bundan başqa 16 müxtəlif fars kitabını da türkcəyə çevirdiyini qeyd edərək, əlavə etmişdir: “ Fars dili qramatikası, Nəsihətül Müluk, Sədinin gülüstanı, Ərdavirafnamə və İran Mifləri, o cümlədəndir”
Badkubeh -Iran İslam Respublikasının İlin Kitabı Beynalxalq Mükafatının builki türkiyəli qalibi fars dili və ədəbiyyatının türk dili və ədəbiyyatına təsirini böyük dəyərləndirmişdir.Professor Nemet Yıldırım İslam Respublikasının 24-cü ilin kitabının mükafatlarının verilməsi mərasimi çərçivədə, İRNA xəbər agentliyinin müxbirinin suallarını cavablandırarkən qeyd etmişdir: “ Bizim türkiyədəki əcdadımız fars dilini öz varlıqlarının bir hissəsi kimi hesab edirdi və tarixin müxtəlif dönəmlərində - Qəznəvilər, Səlcuqlar və Osmanlılar dövründə, Türkiyədə bu dil təkəllüm edilirmiş”.
İlk dəfədir İlin Kitabı Beynalxalq mükafatı mərasimində iştirak edən Nemet Yıldırım, İsalm Respublikasının İlin Kitabı Beynalxalq Mükafatını böyük və önəmli bir ədəbi olay hesab edərək, qarşıdakı illərdə də bu beynalxalq mükafat mərasimində iştirak edəcəyini bildirmişdir:
“Firdovsinin Şahnaməsini türkiyə türkcəsinə tərcümə etmişəm ki, bu özü Türkiyədə bir ilkdir. Elə həmin kitab da İsalm Respublikasının İlin Kitabı Beynalxalq Mükafatında seçilmişdir”.
Türkiyə Atatürk Universitetinin fars ədəbiyyatı qrupunun direktoru bundan başqa 16 müxtəlif fars kitabını da türkcəyə çevirdiyini qeyd edərək, əlavə etmişdir: “ Fars dili qramatikası, Nəsihətül Müluk, Sədinin gülüstanı, Ərdavirafnamə və İran Mifləri, o cümlədəndir”.
52 yaşında olan bu türkiyəli professor, Mövlananın Məsnəvisinin, Hafizin Divanının və Əttarın Pəndnaməsinin Osmanlı məktəblərində tədris edildiyini xatırladaraq, orta məktəbdə oxuyarkən fars və fransa dilləri və ədəbiyyatlarının onda maraq doğurduğunu, 30 ildir fars dili ilə yaşadığını və hazırda Atatürk Universitetində fars dilinin tədrisi ilə məşğul olduğunu xatırlatmışdır.
Yıldırım əlavə etmişdir: “Hazırda, Türkiyənin 5 universitetində ( İstanbul, Ankara, Erzrum, kırıkkale və konya universitetləri) fars dili lisans, yüksək lisans və doktorluq pillələrində tedris edilir. Onun sözlərinə görə, Ərəb və fars dilləri də türk dili ilə yanaşı osmanlı İmperiyasının geniş və böyük coğrafiyasının elmi mərkəzlərində əhəmiyyətli dərəcədə yayılmış və maraq qazanmışdır./IRNA