Qətər və və Səudiyə məsələn Azərbaycan sünnülüyü yaymaq üçün pul dolu sandıqlarını açacaq. Ona görə də onlar üçün yaxşı layihələr də təklif edəcəklər. Əhalinin sürətlə kasıblaşması sünnülüyün inkişafına xidmət edəcək.
Badkubeh -G.Asadullah- Xarici mətbuatda və daxildə belə bir məlumat keçirki Azərbaycan hakimiyyəti ölkəni sünnüləşdirməyə doğru aparır. Yəni Azərbaycan şiə ölkəsi yox, sünnü ölkəsi olsun. Bildiyimiz kimi Azərbaycanda indi şiələr çoxluq təşkil edir. Beləliklə Azərbaycan Türkiyə bə Ərəb dünyası ilə bir cərgədə duracaq və İranın təsirindən qurtulacaq. Bu fikirlər mətbuata sızır və bir qrup jurnalist tərəfindən dəstəklənir. Onlar deyirlər ki şiəlik Azərbaycanda zorla yayılıb. Belə tezislər irəli sürülür ki türkçülüklə şiəlik düz gəlmir və türkçülük əsasən sünnüçülüklə bir ola bilər. Nəisə uzun sözün qısası Azərbaycan hakimiyəti sünnüçülüyə üz tutub. Xaricdə dini təhsil alanlar da müəyyən icazədən sonra yenidən fəaliyyət göstərə bilər. Bu məhdudiyət də aradan qaldırılır. Çox güman ki bunu ərəb ölkələrində və Türkiyədə təhsil almış sünni ruhaniləri üçün şərait yaradmaq üçün edirlər.
Qətər və və Səudiyə məsələn Azərbaycan sünnülüyü yaymaq üçün pul dolu sandıqlarını açacaq. Ona görə də onlar üçün yaxşı layihələr də təklif edəcəklər. Əhalinin sürətlə kasıblaşması sünnülüyün inkişafına xidmət edəcək. Ərəblər bura pullar tökəcək. Ən təhlükəlisi odur ki bu sünnülük adı ilə zır vəhabiliyin təbliqinə çevrilə bilər və belə də olacaq. Eyni bu proseslər Suriyda gedirdi. İqtisadi islahatlardan sonra kəndlər kasıblaşdı. Qətər və Səudiyə emisarlarının xərclədiyi pullarla əsasən sünnü olan camaat daha da radikal qruplara üz tutdu. Azərbaycanda əhalinin çoxusu şiədir deyə bu biraz uzun çəkə bilər. Amma artıq indidən görünür ki bu proses gedir. Azərbaycanın şimal zonaları artıq vəhabiləşir. Balakən, Zaqatala, Qax, Qusar, Xaçmaz və s rayonlarda vəhabiləşmə gedir. Maraqlıdır ki Gürcüstanda yaşayan azərbaycanlıların içində də bu proses güclənir. Bakinın özündə də. Hətta Astara da vəhabilər peyda olub. Qonşu dövlətlər, İran və Rusiya buna qıraqdan durub baxan deyil. Əsasən də Rusiya. Azərbayanın sünnü ölkəsi olması Rusiyanın maraqlarına ziddir. Rusiya üçün Azərbaycanın şiə ölkəsi olması lazımdır ki ərəb ölkələrinin və Türkiyənin Qafqaza təsiri güclənməsin. İndki siyasi durum bunu tələb edir. Bu minvalla Azərbaycanı doğurdanda Suriya əqibəti gözləyə bilər. Türkiyə-Gürcüstan-Azərbaycan xətti ilə Suriyada və İraqda döyüşən sələfilər Azərbaycana gələ bilər... Lazım olsa... Dağıstanda və Çeçenistanda hələki vaxtlarını gözləyənlər də var. Nəisə...Bunu nəyə görə edirlər? Əgər edirlərsə... Ancaq pula görə. Azərbaycana pul axını çox ciddi azalıb. Ərəblər isə bu milyardları xərcləyə bilərlər. Əhalini müəyyən vaxta qədər saxlaya bilərlər. Ola bilsin bu ssenari işlənilir. Azərbaycanda radikal sünnülüyün və pantürkçülüyün tüğyanı bu regionu Rusiyanın və İranın arasında bir sədd kimi qoyulması məqsədini güdür. Belə getsə Azərbaycanın axırı çox pis olacaq... Ölkə parçalana bilər. Siz indi bunu bəlkədə görmürsünüz, maddi problemlər və məişət problemləri ilə başlar qarışıb. Camaat bir tikə çörək üçün çalışır. Amma bu iylər artıq gəlməkdədir. Savadlı şiə ruhanilərinin tutulması, məscidlərin sökülməsi və yaxud əlçatmaz yerlərldə tikilməsi və s. problemlərdə buna işarədir. Şiəlik Azərbaycanda çox güclü təzyiq altındadır. Maraqlıdır ki bu projenin arxasında, yəni vəhabiləşdirməyin, sələfiləşdirməyin, sünnüləşdirməyin lap arxasında İsrailin planları durur.
Mən sünnülərin və şiələrin vəhdəti tərəfdarıyam, amma sələfilərnən heç cürə vəhdət etmək mümükün deyil. Ən qorxulusu elə sünnülük adı ilə sələfiliyin inkaşını daha da gücləndirmələri ola bilər. Mən sünnülük deyəndə elə həmin bu rposesi nəzərdə tuturam, çünki mətbuatda bu söz işlənilir.